Xəbər lenti
Rus qoşunları Azərbaycan-Ermənistan sərhədinə gətirilir? – SƏFİRDƏN QALMAQALLI AÇIQLAMA
"KTMT adı altında rus qoşunlarının Azərbaycan - Ermənistan sərhədində yerləşdirilməsi mümkün görünmür və yolverilməzdir”.
Bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "KTMT Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər” fikrinə münasibət bildirərkən, politoloq Nəzakət Məmmədova deyib.
Politoloqun fikrincə, Rusiyanın İrəvandakı səfirinin bu açıqlaması əslində Azərbaycanın içərilərinə doğru genişlənmək məqsədi daşıyır: "Rusiyanın Ermənistanda hərbi bazası var. Deməli, artıq onlar öz qoşunlarını Ermənistan Azərbaycan sərhədində də yerləşdirməyi düşünürlər. Moskva bütün Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışır. Bunun üçün də müxtəlif ekspansionist addımlara əl atır ki, bu addımlardan biri də məhz qonşu ölkələrin ərazisində özlərinin hərbi bazalarını yaratmaqdır. Kreml hətta Dağlıq Qarabağda sülhməramlılar adı altında özünün hərbi bazasını yerləşdirmək niyyətindədir. Sərhədlərin mühafizəsini təşkil etmək məsələsini gündəmə gətirmələri də məhz bu niyyətə xidmət edir”.
Politoloq hesab edir ki, bu qədər xərc çəkərək qoşunları sərhədə gətirməkdənsə, Moskva Ermənistandan atəşkəsi pozmamağı tələb etsə, daha effektli olar: "Bütün hallarda səfirin həmin açıqlaması Azərbaycanın sərhədlərinə bilavasitə nəzarət etmək, ölkəmizə nüfuz etmək, bütün Qafqaza nəzarət etdiyini, burada güc sahibi olduğunu Qərbə göstərmək məqsədi güdür. Bu həm də Azərbaycana psixoloji təsir göstərmək niyyətindən doğur. Bu gün Azərbaycan Ermənistan sərhədinə KTMT adı ilə gələn Rusiya qoşunları sabah gəlib Dağlıq Qarabağda oturacaq. Bu isə mərhələli şəkildə Azərbaycana hərbi nüfuz etmək siyasətidir. Ola bilər bununla gələcəkdə Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsinə Azərbaycan vətəndaşlarını psixoloji cəhətdən hazırlamaq, buna reaksiyamızı bilmək istəyirlər”. sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar