Xəbər lenti
Petrosyan Qarabağ danışıqlarının sirrini açdı – Bütün maddələr
Hazırda danışıqlar masasında Qarabağ konfliktinin həlli ilə bağlı “Madrid-Kazan-Lavrov” variantı var və o, heç nəyi ilə 1997-ci ilin mərhələli həll variantından fərqlənmir.
Axar.az xəbər verir ki, bu bəyanatı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yayıb. Petrosyan öz bəyanatında Qarabağın necə həll edilə biləcəyini açıqlayıb:
“Plana əsasən, Ermənistan ilk mərhələdə Azərbaycana Qarabağ ətrafında nəzarət etdiyi 7 rayondan 5-ni qaytarır. Kəlbəcər və Laçın bunun tərkibinə daxil olmayacaq. İkinci mərhələdə Qarabağ və Azərbaycanın yeni təmas xəttinə sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağa aralıq status verilir. Dördüncü mərhələdə Qarabağ və Ermənistanın blokadası dayandırılır, Azərbaycan, Ermənistan, Qarabağ və böyük ehtimalla Türkiyə ilə əlaqələr bərpa edilir. Beşinci mərhələdə Dağlıq Qarabağın yekun statusu müəyyən edilir. Altıncı mərhələdə isə Azərbaycana Laçın dəhlizi istisna olmaqla yerdə qalan rayonlar qaytarılır.
2007-ci ildən, daha dəqiq desək, son illər daha intensiv şəkildə Ermənistan hakimiyyəti həmsədr ölkələr, xüsusilə, Rusiya ilə danışıqları bu variant üzərindən aparır. Belə çıxır ki, bizi ittiham edənlər əslində öz proqramlarını müzakirə edirlər.
Erməni Milli Konqresinin mövqeyinə gəlincə isə bu proqram erməni xalqının gözləntilərini tam əks etdirməsə də, biz bunun reallaşdırılmasını istəyirik. Belə ki, həllin uzadılması Ermənistan və Dağlıq Qarabağı daha da zəiflədəcək, növbəti həll variantları indikindən daha pis olacaq”.
Öz bəyanatındakı “Qarabağın həll açarı Rusiyadadır” ifadəsinə reaksiyaları şərh edən Petrosyan Rusiyadan fərqli olaraq, Qarabağın Qərb üçün heç vaxt prioritet olmadığını və bunun əsas sübutunun rəsmi bəyanatlardan başqa bu istiqamətdə heç bir praktik addımın atılmamasının olduğunu bildirib:
“Atəşkəs haqqında müqavilə həm 1994-cü ildə, həm də 2016-cı ildə Rusiyanın səyləri ilə imzalanıb. Çoxlarını mənim İlham Əliyevi rasional düşünən dövlət xadimi adlandırmağım əsəbləşdirib. Bu o deməkdir ki, həmin şəxslərin rasional düşüncənin nə olduğundan anlayışları yoxdur”.
Qeyd edək ki, Ter-Petrosyan dekabrın 17-dəki çıxışında Qarabağın Azərbaycana qaytarılmasını, bunun Ermənistanın xilası üçün yeganə yol olduğunu söyləyib. Petrosyanın bu çıxışı Ermənistanda çoxlarının sərt reaksiyasına səbəb olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar