Xəbər lenti
Bu gün Xankəndinin işğal tarixidir - 25 il keçdi

28 dekabr Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür.
Manevr.az xəbər verir ki, Xankəndi, eləcə də ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə və yeni yaranmış olan polis dəstələri tərəfindən təşkil olunmuşdu. Təbii ki, Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur oldular. Lakin bütün bunlara baxmayaraq, özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarıla bilmişdi.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. 2 orta məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilib. Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə Kərkicahan qəsəbəsindən 34 nəfər (4 nəfər itkin) şəhid olub, 100 nəfərdən artıq insan yaralanıb. Şəhid olanlardan Atakişiyev Fərhad Rəhman oğlu “Azərbaycan bayrağı” ordeni, Quluyev İslam İdris oğlu və Əliyev İlham Bahadur oğlu “İgidliyə görə” medalı, Səmədov Gündüz Hidayət oğlu isə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar