Xəbər lenti
Makrondan ermənilərə layiqli cavab: Qarabağ tanınmır…

Ermənistan kritik kəsişmədədir və Fransa Ermənistanın yanındadır.
Manevr.az erməni mediasına istinadla xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının toplantısında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makron deyib.
“Qarabağ konfliktinin həll edilməməsi Avropanın təhlükəsizlik və etibar arxitekturasının təşviqi yolunda maneədir”, – deyə o bildirib.
Makron yaz aylarında Qarabağ məsələsində müəyyən proqresə nail olunacağına ümid etdiyini deyib.
Fransa lideri fransız şəhərləri ilə Qarabağ arasında dostluq deklarasiyalarının pozulmasına diqqət yetirərək, bu deklarasiyaların hüquqi baxımdan mümkünsüz olduğunu bildirib:
“Bu deklarasiyaların problemi odur ki, onlar Fransa bələdiyyələri ilə beynəlxalq aləm tərəfindən tanınmayan yerli idarəetmə orqanlarını eyni yerə qoyur”.
Makron ermənilərə həmçinin Ermənistanın da Dağlıq Qarabağı tanımadığını söyləyib. /axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































