Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasətçi Seyran Ohanyan Azərbaycanla sülhə çağırdı

Tarix: 26-12-2016 15:33     Baxış: 5494 A- / A+
 Siyasətçi Seyran Ohanyan Azərbaycanla sülhə çağırdı



Ermənistanın keçmiş müdafiə naziri, təzəcə siyasət meydanına atılıb gələn ilki parlament seçkilərində yeni formalaşdırılan partiyanın tərkibində iştirak etməyə hazırlaşan Seyran Ohanyan Qarabağa dair bəyanatla çıxış edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyan bəyanatına keçmiş prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın gələcəyinin olmadığı haqda fikirlərinə münasibət bildirməklə başlayıb.

 Siyasətçi Seyran Ohanyan Azərbaycanla sülhə çağırdı

Ohanyanın bildirdiyinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə nail olmadan inkişaf edə bilməyəcəyi haqda fikirlər “fundamental səhvdir və ya səmimi yanılmanın nəticəsidir”.

Lakin Ohanyana görə Ermənistan doğrudan da öz qonşuları, o cümlədən Azərbaycanla “layiqli sülh formulu” tapmağa borcludur. “Bunun üçün bizim dövlətimizin və bütün erməni xalqının resurslarından, səylərindən istifadə etmək lazımdır. Bu istiqamətdə nəhəng iş görülməlidir, əlbətdə, bunu həyata keçirə bilən adamlar və dairələr var”-Ohanyan yəqin ki, siyasətçi kimi özünə eyhamla bildirib.

Keçmiş müdafiə nazirinin fikrincə ölkənin inkişafı və layiqli sülhün əldə olunması naminə yeni formul işlənib hazırlanmalı, bu zaman daimi xarici təhdid, regional və beynəlxalq inkişaf, dünyanın güc mərkəzlərinin fərqli maraqları nəzərə alınmalıdır.


Ohanyan hesab edir ki, Qarabağ məsələsi həll olunmadan Ermənistanın inkişafının mümkün olmadığı haqda fikirlər “zərərlidir”, danışıqlarda İrəvanın mövqelərini zəiflədir. “Biz Ermənistanın inkişafını istənilən qiymətə, Qarabağın hesabına təmin etməli deyilik. Əksinə, Ermənistanı inkişaf etdirməliyik ki, məhz Qarabağ məsələsini həll edə bilək, bununla da uzunmüddətli sülhə nail olaq”-Ohanyan əlavə edib.

“Mən inanıram ki, Qarabağ münaqişəsi sülh yoluyla həll edilə bilər, bu, mümkündür. Biz Azərbaycanla qarşılıqlı razılığa gələ bilərik və bu istiqamətdə işləməliyik. Lakin nə qədər ki, münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırılmır, danışıqlar prosesində irəliləyiş əldə etmək də çətin olacaq”- Ohanyan deyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar