Xəbər lenti
Ermənilər atəşkəsi 21246 dəfə pozublar - 2016-cı ildə
2016-cı ilin əvvəlindən bu günə qədər erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 21 min 246 dəfə pozub.
Manevr.az xəbər veriri ki, azvision.az saytının Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, il ərzində düşmən silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Düşmən atəşkəs rejimini ən çox mart ayında – 3746 dəfə, ən az isə iyulda 370 dəfə pozub. Ümumilikdə isə yanvar ayında 3702, fevralda 3491, martda 3746, apreldə 3597, mayda 2475, iyunda 655, iyulda 370, avqustda 467, sentyabrda 460, oktyabrda 599, noyabrda 733, dekabrın ilk 23 günündə isə düşmən atəşkəs rejimini 951 dəfə pozub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar