Xəbər lenti
Şəhid xanımının ürəkdağlayan müraciəti
Bu gün sosial şəbəkələrdə aprel döyüşlərində ağır yaralanaraq şəhid olan tankçı Rahim Tağıyevin xanımı Vüsalə Tağıyevanın müraciəti yayılıb.
Şəhid xanımı ona və övladlarına qarşı müvafiq dövlət qurumları tərəfindən sərgilənən laqeydlikdən şikayətlənir:
''Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm.
Mingəçevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər "get Bakıya". Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürüdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib.
Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adam yoxdurmu ki, mənimlə maraqlansın? Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında''.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar