Xəbər lenti
Azərbaycan işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq edir
Azərbaycan dövləti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edir.
Manevr.az-ın xəbərinə görə, xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal altında saxlanılır. Azərbaycanın bu ərazilərdə yaşayan 1 milyona yaxın əhali məcburi köçkünə çevrilib.
BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eyni zamanda Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq edib.
“Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.
Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.
Azərbaycan dövləti bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.
Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar”, - deyə xəbərdarlıqda bildirilir./apa/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar