Xəbər lenti
Prezident bir QRUP YARATMALIDIR – Qarabağın qaytarılmasının yolları…
İşğal altında olan torpaqların azad olunması üçün sadəcə, hədəfə çatmaq yolları barədə mərkəzləşdirilmiş strukturun formalaşmasına ehtiyac var.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, 1987-ci ildən bu mövzu ilə bağlı prosesləri müşahidə edir:
“1987-ci ildə 10-cu sinifdə oxuyurdum, elə dərs vaxtı xəbər gəldi ki, Dağlıq Qarabağda ermənilər mitinqlərə başlayıblar. Həmin ildən başlayaraq bu mövzu beynimi məşğul etdi, çünki uşaqlıq illərimdən indi işğal altında olan bir çox yeri atamla qarış-qarış gəzmişdim. Üstündən 32 il keçib, biz məsələni hələ də öz xeyrimizə həll edə bilməmişik. Bu 32 ilin təxminən yarısını bu mövzunu jurnalist olaraq işıqlandırmışam, yarısını da politoloq olaraq dünənki həmkarlarımın suallarına cavab olaraq işıqlandırıram. Sonuncu söz böyük səslənir, çünki “işıqlandırma” problemin həllinə yaxınlaşmaq deməkdir. Biz isə həllə yaxınlaşmamışıq. Əlbəttə, ordumuz güclənir, hərbi potensialımız artır, kiçik uğurlarımız var. Ancaq bu azdır. 48 yaşım var və həyatımın yarısından çoxu hamınız kimi torpaqlarımızın işğalını müşahidə etməklə keçib. Heç kimi günahlandırmıram. Çünki günah payımız eynidir”.
Politoloq vurğulayıb ki, dövlət başçısı bir qrup yaradıb, həmin qrupa ancaq Qarabağı geri qaytarmaq yolunun strategiyasını hazırlamağı tapşırmalıdır:
“Ətrafımızda separatçılıqla bağlı 3 münaqişə ocağı var – Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada – Dnestryanı, Ukraynada Donbas. Bu münaqişələrin yaranma səbəblərini və danışıqları da illərdir izləyirəm. Tam əminliklə deyirəm ki, biz gürcülərdən, moldovalılardan və ukraynalılardan çox itirdiyimiz torpaqları geri qaytarmaq istəyirik. Biz bunu bacaracaq gücdəyik. Sadəcə, hədəfə çatmaq yolları barədə mərkəzləşdirilmiş strukturun formalaşmasına ehtiyac var. Bu mərkəzdə ən xırda detalların, o cümlədən ermənilərin psixologiyasının və mümkün reaksiyalarının öyrənilməsinə də ehtiyac var”. (redaktor.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar