Xəbər lenti
Azərbaycanla İsrail Qarabağı qaytarmağa hazırlaşır - ERMƏNİ SSENARİSİ
“Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı qaytarmağa hazırlaşır”.
Manevr.az xəbər verir ki, bu barədə erməni jurnalist Tavos Artakyan yazıb.
Erməni jurnalist İsrail Baş naziri Benyamin Netanyahunun Bakı səfərinə diqqət çəkərək, Azərbaycanın hər keçən gün gücləndiyini, Ermənistanın isə başının şəxsi problemlərə qarışdığını qeyd edib.
“Serj Sarkisyan hakimiyyətini uzatmaq üçün parlament seçkilərinə hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər maraqlı deyil. Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım atmır. Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə hərəkətə keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının məhz bu istəyinin reallaşmasına təkan verə bilər. Hansı ki, biz İsraildən alınan silahların dadını aprel müharibəsində gördük. Lakin Bakı bununla kifayətlənmir və 5 milyard dollarlıq silah müqaviləsi bağladığını açıq şəkildə dilə gətirir”, - deyə erməni jurnalist yazıb.
Tavos Artakyan Sarkisyanı sərt tənqid edərək yazır: “Azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib, Sarkisyanın isə “bığı belə tərpənmir”.
O, erməni lobbisini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təzyiq etməyə çağırır: “Tramp İranla nüvə proqramını ləğv etməməlidir. Bunun üçün erməni lobbisi ona təzyiq etməlidir. Çünki İran hazırda Ermənistanın yeganə ümid yeridir. Ona qarşı sanksiyaların tətbiq olunması Ermənistan üçün də ağır nəticələrə səbəb ola bilər”.(Publika.az )
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar