Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"da Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib

Tarix: 31-08-2019 19:54     Baxış: 4526 A- / A+
"Qaçqınkom"da Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlı rayonunun təcavüzkar Ermənistanın işğalına məruz qalmasının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Qrumun mətbuat xidmətindən Manevr.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbələrinin rəhbərləri, Qubadlı rayonundan olan ziyalılar və ictimai fəallar iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin işğalına şərait yaradan amillər haqqında söz açıb. Bildirilib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə siyasi hakimiyyətdə olan qüvvələrin yol verdiyi ciddi və bağışlanılmaz səhvlər erməni separatizminin daha da genişlənməsinə və Ermənistanın hərbi təcavüzünə imkan yaradıb. Hazırda işğal altında olan rayonlarımızın hamısı kimi, Qubadlının da vətənpərvər övladları torpaqlarımızın müdafiəsinə qalxıb, uzun müddət düşmənə qəhrəmancasına müqavimət göstəriblər. Lakin dövləti idarə edənlərin naşılığı, mövcud vəziyyəti qiymətləndirə bilməməsi və yanlış qərarlar verməsi nəticəsində düşmən öz məkrli niyyətini gerçəkləşdirib. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı dəstələri tərəfindən işğal edilib.

Dünya birliyinin Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmədiyi, Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarlarının icra edilmədiyi təəssüf hissi ilə qeyd olunub.
"Qaçqınkom"da Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib

Qubadlının məcburi köçkün əhalisi respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində qubadlılı didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır. Anım tədbirində çıxış edən müharibə veteranları, ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər. Onlar işğal altındakı bütün ərazilərimizin, o cümlədən Qubadlının xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Sonda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.

Manevr.az

"Qaçqınkom"da Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib
"Qaçqınkom"da Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar