Xəbər lenti
Kremldən İrəvana Qarabağ TƏLƏBİ - “Razılaşmanı yerinə yetir”
Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş razılıqlara əməl olunmalıdır. Bu, Rusiyanın əvvəlki razılaşmaları qaytarmaq istəyindən xəbər verir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı yazıb.
Sayt qeyd edir ki, Lavrovun bu sözləri ABŞ və Fransaya, o cümlədən Ermənistana ünvanlanıb: “İstisna deyil ki, Lavrov Ermənistana “nail olunmuş razılıqları” xatırladır. Bu, aprel müharibəsindən sonra Serj Sarkisyanın danışdığı razılaşmadır. Sarkisyan “Blomberg” və Dmitri Kiselyova müsahibəsində “Kazan formulu”ndan danışdı. O təsdiqlədi ki, söhbət Qarabağın statusu müəyyən olunmadan ərazilərin qaytarılmasından gedir və Ermənistan bununla razılaşıb. İndi razılaşmalardan geri çəkilir və Qarabağın statusunun tanınmasında təkid edir”.
Sayt yazır ki, aprel müharibəsindən sonra Bakı və Ankara ərazilərin qaytarılması ilə bağlı Moskvaya təzyiq edir.
“Rusiya apreldən sonra Ermənistanın təhlükəsizliyini əvvəlki kimi dəstəkləyə bilmir, həmçinin, İrəvanı əvvəlki razılaşmalara qaytarmağa məcbur edir”, - deyə sayt yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar