Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil” – ŞƏRH

Tarix: 19-08-2019 12:17     Baxış: 3315 A- / A+
“Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil”


“Azərbaycan Ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır. Bu o deməkdir ki, Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusu bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücdədir”.

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da, artıq onların bu təxribatları döyüş postlarının itirilməsilə nəticələnir:

“Rəsmi Yerevan danışıqlarda maraqlı deyil. Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə ərazi məsələsində Moskva ilə koordinasiyalı fəaliyyət göstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin Yerevana səfərində bu kimi məsələlərin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki ərazi güzəştinə hazır deyil,Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır.

Məhz ordumuzun hazırki aktivliyi Paşinyanın bu kimi təxribatlarının qarşısını almış olur. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

Politoloq onu da əlavə edib ki, rəsmi Bakı cəbhə boyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:

“Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdi. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq olacaq. Rusiyanın reaksiyasına gəldikdə isə Moskva ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə çalışacaq ki, mane olsun. Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirmək və daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar