Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ətrafında nə baş verir? - Ziddiyyətlər artır

Tarix: 10-07-2019 10:57     Baxış: 4354 A- / A+
Qarabağ ətrafında nə baş verir? - Ziddiyyətlər artır


Ermənistan və Rusiyanın xarici işlər nazirləri ATƏT-in nazirlər toplantısı çərçivəsində Slovakiyada müxtəlif məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə ediblər.

Manevr.az Turan-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Nəzərə alsaq ki, Mnatsakanyan bir gün öncə Qarabağda olub, bu mesajda xüsusi bir şey yoxdur. O, yerli rəhbərliyi əmin edib ki, Yerevan nizamlanma məsələsində güzəştə getməyəcək və həlledici söz Qarabağındır.

Qarabağın özündə yaranmış gərginlik olmasa, bu məlumatda da yeni bir şey yoxdur. Artıq Qarabağda Nikol Paşinyan hökumətinin siyasəti ilə bağlı narazılığı gizlətmirlər.

Vəziyyət Paşinyanın Qarabağı "təslim etməyə" hazır olması (Paşinyanın baş katib Stoltenberqə məktubu) barədə saxta məlumatlar, Paşinyanın hərəkətlərini tənqid edənlərin ("Qarabağ Təhlükəsizlik Şurası"nın rəhbəri Vitali Balasanyanın istefası) təqib olunması və Qarabağda bir sıra yüksək vəzifəli şəxslərin işdən çıxarılması ilə gərginləşir.

Bu fonda "Qarabağ Təhlükəsizlik Xidməti" bəyanatla çıxış edib ki, "konstitusiya qaydalarını pozmaq" cəhdlərinə görə qətiyyətli tədbirlər görüləcək.

Bu xəbərdarlıq qondarma Dağlıq Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayanın imza toplanışından 10 gün öncə səslənmişdi. O 2020-ci ildə keçiriləcək "Qarabağ prezidenti" seçkilərində iştirak etməyə çalışır.

Lakin hazırda o, namizəd ola bilməz. Çünki son 10 ildə Qarabağda yaşamayıb. Ona görə də S.Babayan bu məhdudiyyəti aradan qaldırmaq üçün qanunvericiliyin dəyişdirilməsi məqsədilə imza toplayıb.

S.Babayan fəal təşviqat aparır, adamları inandırır ki, ona maneçilik törədirlər, çünki qorxurlar. Ancaq ən maraqlısı odur ki, S.Babayan hədə-qorxu gəlib ki, əgər ona mane olsalar (yerli hakimiyyət) öz tərəfdarlarını küçələrə çıxaracaq.

"Təhlükəsizlik Xidməti"nin xəbərdarlığı göstərir ki, Qarabağda hakimiyyət S.Babayanın idarəçiliyinə imkan verməyəcək.

Eyni zamanda rəhbərliyin nəzarətində olan KİV-lərdə məlumatlar yayılır ki, S.Babayan iğtişaşlara sövq etmək və sabitliyi pozmaq niyyətindədir. Bu, Qarabağ nizamlanması məsələsinin Qarabağın Rusiyanın mandatına verilməsi formatında həlli məqsədilə edilir.

Qeyd edək ki, Ermənistanın siyasi qüvvələrinin bir hissəsi və Qarabağ əhalisi S.Babayanı dəstəkləyir. Əsasən nüfuzlu Daşnaksütyun Partiyası vahid namizədin irəli sürülməsi ilə bağlı məsləhətləşmələrə başlamaq niyyətindədir. Belə fikirlər var ki, daşnaklar S.Babayanı dəstəkləyəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar