Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan yeddi rayonu Azərbaycana qaytarmağa hazır idi, AMMA...

Tarix: 01-12-2016 13:03     Baxış: 4437 A- / A+
Ermənistan yeddi rayonu Azərbaycana qaytarmağa hazır idi,

"Rayonların Azərbaycana qaytarılması barədə söhbət belə gedə bilməz”

"Hər hansı ərazilərin Azərbaycana qaytarılması məsələsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti ilə müzakirə mövzusuna çevrilə bilər. Problemin həll paketi Ermənistanla Dağlıq Qarabağın yerüstü əlaqəsinin qorunmasının zəruriliyini təsbit edir. Heç bir anklav statusu barədə söhbət ola bilməz”, - bunu "Azadlıq Radiosu”nun sualına cavab verən Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.

"Ermənistan Xəbərləri” xatırladır ki, bu yaxınlarda "Russia Today” agentliyinə müsahibə verərkən Serj Sarkisyan bildirmişdi ki, beş il əvvəl Ermənistan Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə referendumun keçirilməsinə qarşılıq olaraq yeddi rayonu Azərbaycana qaytarmağa hazır idi. Hətta bu şərt əks olunmuş sənəd də mövcud olub, lakin İlham Əliyev onu imzalamaqdan imtina edib.

Virtualaz.org-un məlumatına görə, "Azadlıq Radiosu” Ermənistan prezidentinin administrasiyasına sorğu yollayaraq sual verib ki, Azərbaycana keçmiş DQMV-ni əhatə edən yeddi rayonun qaytarılması qərarı nə vaxt verilib və bu, Qarabağın Ermənistanla yerüstü əlaqəsinin kəsilməsi və anklav vəziyyətinə düşməsi demək deyilmi, eyni zamanda Ermənistan prezidenti bu cür perspektivi təhlükə olaraq qiymətləndirmi.

"Ermənistan prezidenti Respublika Partiyasının 16-cı qurultayındakı çıxışında da bildirib ki, həmin təklifin birinci bəndi Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ ilə bağlıdır. Digər məsələlər isə bəndin törəmələridir.

Bütün digər məsələlər problemin tənzimlənməsinə paralel olaraq məntiqi və ədalətli həllini tapacaq. Hələ ki bu məsələ həll olunmayıb və Artsaxın statusu qeyri-müəyyəndir, başqa heç bir məsələnin həlli barədə danışmaq olmaz”, - Vladimir Akopyan cavabında bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar