Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Qarabağla bağlı SENSASİON ADDIM: ermənilər Bakıya üz tutur

Tarix: 11-06-2019 15:36     Baxış: 5313 A- / A+
Paşinyandan Qarabağla bağlı SENSASİON ADDIM: ermənilər Bakıya üz tutur


Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı “DQR”-in maliyyə xahişini rədd edib.
Bu barədə Ermənistanın “Politik” nəşri yazıb.
Nəşr qeyd edir ki, Paşinyan hökuməti separatçılara maliyyə dəstəyinin verilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefası şərtini irəli sürüb.
Separatçıların maliyyə xahişləri artıq iki aydır İrəvan tərəfindən rədd edilir. Nəşrin mənbələri bildirir ki, bu, Ermənistan tərəfindən “DQR”-ə ilk sanksiya hadisəsidir. Separatçı rejimin rəhbəri daha əvvəl Vitali Balasanyanla görüşüb, Paşinyanın istefa tələbini ona çatdırıb.
Ermənistanda Paşinyan hakimiyyəti ilə separatçıların mübarizəsi qızışır. Nikol Paşinyan Balasanyan da daxil olmaqla separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Bununla yanaşı, separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla indiki rəhbəri Bako Saakyan keçmiş prezident Robert Koçaryana azad olunması üçün zamin durublar.
Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə qarşı etiraz edəcəklər. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu, onlar üçün Azərbaycanı daha çox cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər. (publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar