Xəbər lenti
Ermənistan ordusunun zabiti xərçəng xəstəsi olan əsgəri vəhşicəsinə döyüb -FOTO
Vanadzor sakini Xaçik Barseqyan həqiqi hərbi xidmətdə olduğu zaman komandir tərəfindən döyüldükdən sonra vəfat edib. Bu barədə "Report" "Epress.am"a istinadən xəbər verir.
2014-cü ilin sonlarında X.Barseqyan həqiqi hərbi xidmətdən qayıdıb, 2016-cı il mart ayının 27-də ayağındakı bədxassəli şişdən vəfat edib.
Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılardan şikayət edirdi və axsayardı.
O qeyd edib ki, ondan oğlunu xidmədən azad etmək üçün 4 min ABŞ dolları tələb ediblər.
S.Qazaryan bildirib ki, oğlu xidmətdən sonra etiraf edib ki, onu batalyon komandiri Viqen Mkrtçyan döyüb. Qadın hərbi komissarlığa şikayət edib, lakin komandir bunu inkar edib və dəlillərin olmadığını deyib.
2015-ci ilin aprel ayında Barseqyanın vəziyyəti kəskin pisləşib, onu Moskvaya aparıblar, orada ona son mərhələ bədxassəli şiş diaqnozu qoyulub.
X.Barseqyan Ermənistana qayıdıb, onun ayağı amputasiya olunub, lakin mart ayında o vəfat edib.
S.Qazaryanın sözlərinə görə, oğlu xəstə olarkən, onu əsgər yoldaşları ziyarət edib və X.Barseqyanın komandir tərəfindən döyüldüyünü təsdiq ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar