Xəbər lenti 
					
 
		Ermənilər BUNU DA ETDİ: Qarabağda Avropa futbol çempionatı...

Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası"nda qeyri-qanuni Avropa çempionatı keçirəcək.
BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib.
Püşkatmalara görə, komandalar üçlü çəkildə dörd qrupda mübarizə aparacaq. Çempionat iyun ayında start götürəcək.
Dağlıq Qarabağın komandaları ilk qrupda yer alıb.
Qeyd edək ki, çempionatın son turniri İngiltərədə keçirilmişdi.
Xatırladaq ki, ConIFA 2013-cü ildə qurulub. Konfederasiya BMT tərəfindən tanınmayan ölkələrin və qismən də avtonom dövlətlərin, etnik toplumların futbol federasiyalarını birləşdirir. Mərkəzi İsveçrədə yerləşir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















