Xəbər lenti
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Sarkisyan
“Dağlıq Qarabağda münaqişənin nizama salması yalnız güzəşt vasitəsilə mümkündür”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan“Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyova müsahibəsində deyib.
“Biz anlayırıq ki, son qərar güzəştlərə əsaslanmalıdır”, - o, bildirib.
Sarkisyan xatırladıb ki, ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransa) çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının üç prinsipi hazırlanıb: gücün tətbiq edilməməsi, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi.
Ermənistan prezidenti qeyd etdi ki, İrəvan yalnız bu üç prinsip əsasında Bakı ilə danışıqlara qayıtmağa hazırdır.
Sarkisyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə xeyir verəcəyi halda görüş keçirməyə hazırdır.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli vaxtı öz müqəddəratını təyin etmə üzrə xalqların hüququ nəzərə alınmalıdır. Biz istənilən dövlətin, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq. Amma xalqların öz müqəddəratının təyin etməsi heç vaxt ərazi bütövlüyü prinsipinə zidd olmur. Çünki ərazi bütövlüyü dövlətlər arasındakı münasibətlərə aiddir. Əgər biz xalqların öz müqəddəratını təyin etmə prinsipini rədd ediriksə, onda Sovet İttifaqının tərkibindən çıxmamalı idik”, - Sarkisyan deyib.
Sarkisyan bildirib ki, Bakı və İrəvan əsas prinsiplərin yer aldığı sənədin imzalanmasına bir neçə dəfə yaxın idi. Ermənistan prezidentinin iddiasına görə, həmin sənəddə Dağlıq Qarabağın son hüquqi statusunun Dağlıq Qarabağ əhalisinin azad iradəsi yolu ilə həll ediləcəyi əksini tapmışdı.
Onun sözlərinə görə, erməni tərəfi belə sənədə qayıtmağa indiyə qədər hazırdır.(publika)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar