Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yenidən müharibə başlasa Ermənistan məhv olacaq" - Erməni politoloqdan sensassion fikirlər

Tarix: 16-11-2016 20:44     Baxış: 5503 A- / A+
"Yenidən müharibə başlasa Ermənistan məhv olacaq"

“Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq”

Manevr.az xəbər verir ki, bu sözləri Erməni milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarkisyan, Azərbaycan ordusunun noyabrın 12-də başladığı hərbi təlimləri və Azərbaycan prezidentinin təlimlərdə səsləndirdiyi bəyanatları şərh edərkən söyləyib.

Azərbyacan prezidenti İlham Əliyevin Lələtəpədə səsləndirdiyi : “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik” - bəyanatını şərh edən politoloq qeyd edib ki, Azərbaycan istədiyini əldə edənə kimi dayanmayacaq: “Azərbyacan rəhbərliyi heç vaxt müharibə planından imtina etməyib. Sülh danışıqları isə yerində ilişib qalıb. Ona görədə müharibə etmək Azərbaycanın haqqıdır. Görünən odur ki, Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq”.

“Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri güc balansını dəyişirmi?”sualını Manvel Sarkisyan belə cavablandırıb:

-Sentyabr ayında əldə etdiyimiz yeni silahlar, o cümlədən raket sistemi ilə hamı qürrələnməyə başladı. Amma xatırladım ki, bundan əvvəldə bizdə o tip silahlar olub. Ancaq Azərbaycan tərəfinin Xankəndi və İrəvanı məhv edəcəyi barədə bəyanatlarından sonra bizimkilər susub, səslərin çıxartmır. Qarabağda aparılan müharibə bu tip silahların istifadəsinə imkan vermir. Ona görədə Azərbaycan tərəfi düzgün taktika seçərək yüngül silahlardan istifadə etməklə aprel ayında Ermənistana dərs verdi”.

“Biz özümüz Azərbyacanı inandırmalıyıq ki, müharibədən əl çəksin. Yoxsa yenidən başlayan müharibə Ermənistan və erməni xalqı üçün böyük faciələrə səbəb ola bilər. Bir daha deyirəm ki, Azərbaycan torpaqlarını əldə edənə qədər müharibə istəyəcək”-Deyə Manvel Sarkisyan qeyd edib.(Lacin.info)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar