Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağa azadlıq!” mitinqinə icazə veriləcəkmi?

Tarix: 30-01-2019 13:18     Baxış: 3367 A- / A+
“Qarabağa azadlıq!” mitinqinə icazə veriləcəkmi?


Taleh Əliyev: “Azərbaycan xalqında yaranan ciddi narahatlıq belə bir mitinqin keçirilməsini zəruri edir”
Xəbər verildiyi kimi, Qarabağ Komitəsi (QK) fevralın 16-na “Qarabağa azadlıq!” şüarı ilə mitinq təyin edib. “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan aksiya ilə bağlı komitənin bu həftə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayacağı gözlənilir.

Hazırda əsas suallar bu mitinqə rəsmi qurumun necə cavab verəcəyidir. QK-nın indiyə qədər iki mitinq müraciətinə mənfi cavab verilib. Üstəlik, Milli Şuranın yanvarın 26-da keçirmək aksiyaya da BŞİH rədd cavab verib. Bütün bunların fonunda QK-nın aksiyasına icazə verilməyəcəyi gözlənilsə də, komitə hazırlıqlara start verib.


“Qarabağa azadlıq!” mitinqinə icazə veriləcəkmi?


QK-nın dönəm sədri, Ümid Partiyasının sədr müavini Taleh Əliyev “Yeni Müsavat”a bunları dedi: “Qarabağ Komitəsində keçən həftə 16 fevral tarixində mitinq keçirməklə bağlı qərar qəbul olunanda razılaşdıq ki, bu bir həftə müddətində mitinqə hazırlıqla bağlı sosial şəbəkələr üzərindən çağırışlar olunsun. Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət və mitinqə hazırlıqla bağlı digər işlərə isə yanvarın 30-da keçiriləcək növbəti iclasımızda baxılacaq və müvafiq qərarlar qəbul olunacaq. Milli Şuranın 16 fevraldan öncə keçirmək istədiyi mitinq barədə mənim heç bir məlumatım yoxdur. Ona görə də bu barədə konkret bir söz deyə bilmərəm. Amma nəzərə alsaq ki, Milli Şuranın 26 yanvar mitinqinə icazə verilməyib və səbəb kimi də Bakı Şəhər Baş Polis İdarəsinin müraciəti göstərilib, ola bilsin ki, hakimiyyət bu dəfə də vətəndaşların sərbəst toplaşması haqqında qanunun tələblərini pozaraq Milli Şuraya icazə verməsin. 16 fevral mitinqinə gəlincə isə hesab edirəm ki, yanvar ayında Qarabağ ətrafında baş verən gəlişmələrdən sonra Azərbaycan xalqında yaranan ciddi narahatlıq belə bir mitinqin keçirilməsini zəruri edir. Hakimiyyətin də borcudur ki, bu mitinqin keçirilməsinə şərait yaratsın. Bilirsiniz ki, Qarabağ Komitəsində qərarlar ümumi yığıncaqda qəbul olunur. Ona görə də icazə verilməyəcəyi təqdirdə atacağımız addımlar bərədə indidən heç nə deyə bilmərəm. Müraciətimizə rəsmi cavab verildikdən sonra bu barədə dəqiq danışa bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar