Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda Qarabağ toqquşmaları başladı

Tarix: 21-01-2019 17:42     Baxış: 2587 A- / A+
Ermənistanda Qarabağ toqquşmaları başladı

Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ faktorundan gözlənildiyi kimi daha da aktiv şəkildə istifadə olunur.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, Nikol Paşinyan Qarabağdakı separatçı rejimin "rəhbərliyini" dəyişdirmək istəyir. Lakin hələ ki buna nail ola bilməyib. Ermənistan daxilində separatçıları dəstəkləyən qüvvələr də aktivləşib.

"Daşnaksütyun" partiyasının qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirməsi də xüsusi diqqət çəkir.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, daşnaklar bununla Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı "hakimiyyətə" dəstəyini nümayiş etdirdi.

"Hazırda Nikol Paşinyanın Qarabağ məsələsində güzəştlər etməyə hazırlaşdığı haqqında danışılır. Bu, dəqiq məlumat deyil, lakin bu məsələ daha çox daxili siyasi mübarizədə istifadə olunur. Daşnaklar da qurultayı Qarabağda keçirməklə orada hakimiyyətə açıq dəstək verdiklərini göstərdilər. Parlament seçkiləri vaxtı Qarabağ amilindən Respublika Partiyası fəal şəkildə istifadə edirdi, indi estafeti daşnaklar ələ alıblar. Burada təhlükəli məsələ Qarabağ faktorunun monopoliyaya alınmasıdır", - deyə o bildirib.

"Sasna srer" partiyasının rəhbəri Jirayr Sefilyan isə Qarabağda "hakimiyyət" dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib. O, "Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi dəstəkləyəcək" deyə bildirib.

S.Artsruni qeyd edib ki, bu təhlükəli nəticələrə gətirib çıxara bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar