Xəbər lenti
Azərbaycanın qəfil hücumu - ermənilər şokdadır
Ermənistan Müdafiə Nazirliyini qapalı iclas keçirməyə vadar edən səbəb
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə tərəflərin öz ölkələrini sülhə hazırlamağa razılıq verdiyi açıqlandıqdan sonra Ermənistanda Qarabağ münaqişəsinin gələcəyi barədə fikirlər haçalanıb.
Manevr.az istiPress-in məlumatına görə bildirir ki, erməni şərhçilərin xüsusilə də qərbdən maliyyələşən bir qismi bu fikirdədir ki, xristian qərbi sülh dedikdə Azərbaycanı hədələyərək işğal edilmiş torpaqları unutmağı, Ermənistan ordusu tərəfə bir güllə də atmamağı tapşırıb. Onların aləmində sülh dedikdə Qarabağda status-kvonun betonlaşmasından başqa bir şey ola bilməz.
İntellekti ilə XI əsr səlib yürüşçülərindən heç nə ilə fərqlənməyən belə şərhçilərdin biri - Naira Ayrumyan “Lragir”də yazır: “Rusiyalı politoloq Qriqori Trofimçuk, məsələn, Azərbaycan jurnalistləri ilə söhbətində deyib ki, Azərbaycan torpaqların geri qaytarılmasına ümid etməməlidir. Mövqelərin belə radikal fərqləndiyi zaman yalnız bir sual yaranır - tərəflər sərt düşmənçiliyi davam etdirəcəklər, yaxud siyasi həll olmadan münasibət qurmağa çalışacaqlar? Belə görünür ki, vasitəçilər (Rusiya, Fransa, ABŞ - red.) Azərbaycanı ikinci varianta razılaşdırmağa çalışırlar”,- deyə Ayrumyan iddia edir.
Sadə dillə deyilsə, xanım ümid edir ki, Qərb və Rusiya Azərbaycanı işğal amili ilə barışmağa məcbur edir. Postsovet məkanında bu, Rusiyanın İkinci Dünya müharibəsindən sonra ələ keçirdiyi Kuril adaları ilə müqayisə edilə bilər. Yaponiya Kuril adalarını öz ərazisi saysa da, Rusiya ilə münasibətləri davam etdirir, adaları geri qaytarmaq üçün müharibəyə cəhd etmir və öz ərazilərini diplomatik yollarla geri qaytarmaq istəyir.
Azərbaycanın işğal edilmiş əraziləri - XƏRİTƏ
Amma Ayrumyan bu iddialarla çıxış edəndə bəzi detalları unudur: Birincisi, Ermənistan supergüc deyil və özünü dünyanın ikinci ordusuna malik Rusiya ilə eyni tuta bilməz. Ermənistan ordusu dünyanın müqayisə olunan 120 ordusu arasında son onluqda yer alır, Azərbaycanınkı isə ilk yarıdan aşağıdadır. Real gücə görə də elə erməni generallar Azərbaycan ordusunun 4-5 dəfə güclü olduğunu etiraf edirlər. Yəni artıq Moskvanın hələ 1987-ci ildən silahlandıraraq 80 minlik ordu ilə təmin etdiyi Ermənistanla üz-üzə ordusuz, işğala qəfil yaxalanmış Azərbaycan dayanmır. Qərb ekspertləri Azərbaycan ordusunun bütün Cənubi Qafqazı bir neçə günə nəzarətə götürə biləcəyini vurğulayırlar.
İkincisi, artıq radikal dinçilərin dövlətlərə nəzarət etdiyi orta əsrlər çox keçmişlərdə qalıb və dünyada xirstian-müsəlman dövlətləri anlayışı sıradan çıxıb. Bir vaxt səlib yürüşlərinə rəhbərlik etmiş və Fələstində müsəlmanlara qarşı soyqırım törətmiş Riçardın paytaxtı Londonun meri artıq müsəlmandır. Orta əsrlərdə erməniləri himayə etmiş Rusiyanın xristian lideri Putin hakimiyyətə gəldikdən sonra Azərbaycana silah satışına icazə verdi və bu, Azərbaycan ordusunun xeyli güclənməsinə və modernləşdirilməsinə səbəb oldu. Nədənsə, Ayrumyan unudur ki, qərbin dəstəklədiyi yəhudi İsrail dövləti Azərbaycan ordusunun ən müasir silahlarla təchizində böyük rol oynayır və ermənilər üçün qorxu yuxusuna çevrilmiş Aprel döyüşlərində Azərbaycan məhz İsrail texnologiyası ilə erməni tank birləşmələrini darmadağın etdi.
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Yəni artıq zaman yetişib və Ermənistan Madrid prinsipləri üzrə danışıqlar çərçivəsində 5 rayonu azad etməsə, feodal-xristian düşüncəli ermənilər Azərbaycan ordusunun əks-terror əməliyyatları ilə üz-üzə qalacaqlar. Ermənilərin ümid etdiyi xristian təəssübkeşləri isə Ermənistana açıq heç bir dəstək verə bilməyəcəklər, çünki Azərbaycan Helsinki xartiyası və beynəlxalq hüquq çərçivəsində hərəkət edəcək.
Buna görə də erməni ekspertlərinin bir qismi və hərbçilər artıq müharibədən başqa yollarının qalmadıqlarını anlayırlar və buna görə şok içindədirlər. Bununla bağlı Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub. Bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib. “Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır”-qəzetə məlumat verən mənbə belə deyib.
Yəni ermənilər Azərbaycanın hücumuna hazırlaşırlar. Bu isə o deməkdir ki, feodal düşüncəli xristian təəssübkeşi ermənilərin ümid etdiyi vasitəçilər - qərb və Rusiya Azərbaycanın torpaqları müharibə yolu ilə geri qaytarmasına xeyir-dua verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar