Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...” - NAXÇIVANLA SƏRHƏDDƏ YAŞAYAN ERMƏNİLƏR

Tarix: 13-01-2019 10:50     Baxış: 3378 A- / A+
“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...”

Ermənistanda, Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində ermənilər on illərdir ünsiyyətdə olmadıqları qonşuları ilə münasibətlər barədə nə düşünür? Onların sülh və müharibə haqda fikirləri necədir?
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, epress.am saytı Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində yaşayan sakinlərlə sosioloji araşdırmalar mərkəzlərindən biri tərəfindən aparılmış söhbətin mətnini dərc edib. Söhbətdən məlum olur ki, rəyi soruşulan ermənilərin əksəriyyəti azərbaycanlılarla mehriban qonşuluq münasibətlərinin yenidən bərpa olunmasını arzu edirlər.
“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...”

Məsələn, 35 yaşlı qadının dedikləri: "Onlarla söhbət etmək maraqlı olardı. Görəsən nə düşünürlər, axı onlar da adi insanlardır... Hansı valideyin istərdi ki, istər erməni olsun, istər azərbaycanlı, onun övladı müharibədə ölsün. Belə şey ola bilməz. Gənclərin ölümünü istəməkdən qeyri-insani heç nə ola bilməz. Əminəm ki, onlar da sülhə can atır. Onlar da sakit yaşamaq istərdi. Həyatdan həzz almaq lazımdır, müharibə eləmək yox..."

Yetkinlik yaşına çatmamış oğlan isə deyir ki, yaşlılar ona bir vaxtlar Naxçıvanla sərhəddə azərbaycan kəndləri ilə alış-veriş olduğunu danışıblar: "Hətta bizim evimizə türklər (azərbaycanlılar -red.) gəliblər, gecəni qalıblar. Bir dəfə türk mənim nənəmi ölümdən xilas edib: o dağda pencər yığarkən yıxılıb, türk isə onu xilas edib".

Yaşı 50-dən yuxarı olan qadın isə belə deyir: "Biz illərlə onlarla yan-yana yaşamışıq. Konkret olafraq bu ev türkün evidir. Onlarla yola gedirdik, yaşayırdıq. Ola bilsin indi bu yaxşı səslənmir, deyəcəklər ki, satqınsan, onları tərifləyirsən. Amma nə var onu demək lazımdır. Mənim valideyinlərim Gorusdan gəliblər, məktəbdən gələndə qonşumuz türk məni evə çağırırdı, qonaq edirdi. Bu türk tərəfdən insani münasibət idi".
“Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...”

"O vaxt ermənilər və türklər qardaş idi. Onlar nəsə almağa əsasən bizim kəndə gəlirdilər. Buradan ət alıb aparırdılar. Özləri tərəvəz satırdılar. Və satmağa Cermuka da gedirdilər, Yerevana da. Bizim kənddən keçib gedirdilər, çünki yol qısa idi"-bunları isə 36-40 yaşlarında qadın deyir.

50 yaşlarında kişi isə deyir ki, o sərhədin qarşı tərəfində özü kimi sadə adamları heç vaxt günahlandıra bilməz. Çünki elə hal olub ki, onlara 10 metrə qədər yaxınlaşıb, hətta silahlı olublar, amma heç nə baş verməyib. "Mənim kimi o da torpaqla məşğuldur, heyvan saxlayır. Məsələni bizim hökumət nizamlamalıdır, mənim Əhmədlə, Məmmədlə nə işim var? Heç bir. Mən sülh istəyirəm. 200-300 metr o yana getsəniz görərsiniz ki, bizimkilər onların postlarının lap yaxınlığında dayanıb, silahlı əsgərin burnunun ucunda işləyir. Amma heç nə baş vermir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar