Xəbər lenti
"Ermənistanda bu fikirdə olanlar təkcə onlar deyil" - Deputat

Erməni yazıçı-publisist Vahe Avetiyan və onunla birlikdə Bakıya gələn mühacir erməni fəalları Vaan Martirosyan və Suzanna Caginyanın açıqlamaları göstərir ki, onların fikirlrərini Ermənistanda dəstəkləyənlər çoxdur.
Bunu Manevr.az-a açıqlamasında Mili Məclisin deputatı, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü Rövşən Rzayev söyləyib.
Deputat bildirib ki, belə görüşlərin böyük əhəmiyyəti var: “Əlbəttə, bu ilk dəfə deyil. Lakin onların Bakıda səsləndirdikləri fikirlər problemin həllinə kömək edir. İnanırıq ki, Azərbaycan Prezidentinin apardığı siyasət və görüşlər tezliklə öz nəticəsini verəcəkdir. O ki, qaldı üç erməni akstivistinin Bakıda keçirilən görüşlərinə, qeyd edim ki, onlar bu fikirləri Ermənistanda səsləndirdikləri üçün təqiblərə məruz qalıblar. Ancaq Bakıda öz fikirlərini bütün dünyaya sərbəst çatdıra bildilər.”
R. Rzayevin sözlərinə görə, Ermənistanda bu fikirdə olanların sayı kifayət qədərdir. Lakin işğalçı səhra komandirləri Ermənistanın hakimiyyətin də işğal etdiklərinə görə, bu adamlar doğruları söyləməkdən qorxurlar: “Erməni fəalları Bakıda bu sözləri söyləyirlərsə, demək onların arxasında dayanan sosial baza da mövcuddur, ermənilərin içərisində onların həmfikirləri də var. Ona görə də mən bunu çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu kimi addımlar problem həll ediləndək davamlı olacaqdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar