Xəbər lenti
Şahbaz Quliyevin vəziyyəti ağırdır - “Tanınmaz hala düşüb...”
"Şəkli görəndə Şahbazı tanımadıq, çəkisi heç 50 kiloqram da qalmayıb”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Bu haqda məlumat verən qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların məktubları ailələrinə çatdırılıb.
Məsələ ilə bağlı erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə atasının yazdığı məktub barədə məlumat verib. O deyib ki, atasının öz qardaşına yazdığı məktub onlara çatıb. Məktubda vəziyyətinin yaxşı olduğunu deyib, hamıya salam göndərib.
Lakin K.Əsgərov atasının vəziyyətinin yaxşı olduğuna inanmır: “Atam bizim nigarançılığımızı düşündüyü üçün yazır ki, vəziyyəti yaxşıdır. O, belə yazmaqla deyil, əslində onun vəziyyətinin yaxşı olmadığını hamımız bilirik. Erməni əlində olan bir insan necə yaxşı ola bilər?”
Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev isə bildirib ki, əmisi məktubunda yazıb ki, hər şey yaxşıdır, narahat olmayın: “Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda isti paltarlarının olduğunu, səhhətinin qaydasında olduğunu yazıb. Əmim hamıya salam söyləyib”.
Şahbaz Quliyevin məktubu isə dünənədək ailəsinə çatmayıb. Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib ki, qardaşına yazdıqları məktuba cavab yoxdur: “Şahbazın səhhətində ciddi problemlər var. BQXK nümayəndələri tərəfindən Şahbazın yeni görüntüləri bizə göstərilib. Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkli görəndə Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz halda idi. Çəkisi heç 50 kiloqram da qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. O, bizim məktubumuza cavab verməyib. Hamımız narahatıq. Dilqəm ailəsinə məktub yazıb. Amma Şahbazdan məktub gəlməyib. Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz ermənilərə necə münasibət göstəririk, onlar isə Şahbazgilə əziyyətlər verirlər”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Onlarla birlikdə Kəlbəcərə gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən güllələnərək öldürülüb. H. Həsənovun meyiti təxminən 40 gün sonra düşməndən alınaraq Bakıda dəfn edilib.
Erməni işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Azərbaycan hökumətinin bir sıra cəhdlərinə baxmayaraq onları azad etmək hələ də mümkün olmayıb. Ermənistan azərbaycanlı girovların buraxılması üçün separatçı Dağlıq Qarabağ rejiminə “dövlət” olaraq rəsmi şəkildə müraciət edilməli olduğunu bildirib.
Bugünlərdə isə əslən Kəlbəcərdən olan keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a müsahibəsində Azərbaycan hakimiyyətinə təklif edib ki, Dilqəmi və Şahbazı azad etmək hələ mümkün olmayıbsa, heç olmasa onların qəhrəmanlığını, dəyanətini nəzərə alıb hər ikisinə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilsin.(musavat,com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar