Xəbər lenti
Ağdamda ermənilərə “atəş aç” əmrini kim verdi?
"Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar?”
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun şərhinə görə, atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir.
"Ümumiyyətlə cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək. Bəs onda "atəş aç” əmrini hansı qüvvələr verib və verəcək?” - deyə ekspert qeyd edib.
E.Şahinoğlu qeyd edib ki, Ermənistanda "Qarabağ klanı” 20 il hakimiyyətdə oldu, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi.
Politloq cəbhədə atəşkəsin pozulmasında hansı qüvvələrin maraqlı olduğu haqda da fikir səsləndirib:
"Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar. Separatçılara İrəvan deyil, Robert Koçaryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir.
Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə bu onun problemidir. Bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır”.
Qeyd edək ki, dekabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.
Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub.
Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar