Xəbər lenti
Ermənistan `Çıraqovların işi`ni yubadır

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib.
Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.
Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.
Laçın rayonundan məcburi köçkün düşən Fəxrəddin Paşayev AzVision.az-a bildirib ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda vəkillərlə görüş gözlənilir.
“Tərəflərə verilən vaxt çoxdan başa çatıb. Sonuncu dəfə Ermənistan sentyabrın 16-da mövqeyini bildirdi. Ondan sonra heç bir nəticə yoxdur. Məhkəmə hər an, hər dəqiqə qərar verə bilər. Çox güman ki, biz maliyyə məsələlərini həll edə bilsək, vəkillərimizlə görüşmək üçün Londona gedəcəyik”.
F.Paşayev 15 gün əvvəl vəkilləri ilə əlaqə saxladıqlarını və prosesin gedişində yenilik olmadığını qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar