Xəbər lenti
Kəlbəcər girovları ilə bağlı YAP-dan açıqlama
Siyavuş Novruzov: “Gərək müharibəyə başlayıb həmin əraziləri işğaldan təmizləyəsən və girovları da xilas edəsən”
“Düşmən girovluğunda olan insanların vəziyyəti təbii ki, ağır olacaq. Biz yaxşı bilirik ki, Ermənistan nə beynəlxalq hüquqa, nə insani qaydalara, nə də beynəlxalq təzyiqlərə məhəl qoyan ölkə deyil. O dövlətin başında hərbi cinayətkar dayanırsa, onda oradakı vəziyyət aydındır. Həmçinin girov götürülmüş insanların da vəziyyəti bəlli olur”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bu fikirləri Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olması, həyatına təhlükə yaranması barədə onların ailə üzvlərinin dediklərinə münasibət bildirərkən söyləyib.
“Yeni Müsavat”ın girovları azad etməyin yolları barədə sualına cavabında hakim partiya funksioneri bildirib ki, rəsmi Bakı bununla bağlı bütün istiqamətlərdə əlindən gələni edir: “Bununla bağlı ATƏT-in həmsədrlərinə, Rusiyanın Xarici İşlər Nazirliyinə - girovların biri Rusiya vətəndaşıdır - ayrı-ayrı dövlətlərə, BMT-yə müraciətlər olub. Hətta dini qurumların toplantısında bununla əlaqədar Şeyx də müraciət edib. Prezident səviyyəsində də bu məsələ qaldırılıb. ATƏT PA, NATO, AŞ PA səviyyəsində də bununla bağlı çağırışlar olub. Beynəlxalq hüquqa əsasən girovlar sağ-salamat geri qaytarılmalıdır”.
Beynəlxalq təcrübədə girovları xilas etmək üçün əməliyyatlar keçirilir. Azərbaycan bu hüququndan istifadə edə bilərmi?
S.Novruzov bunun elə də asan olmadığına diqqət çəkib: “Deyək ki, belə əməliyyatları Amerika keçirir. Kifayət qədər güclü dövlətdir, geniş kəşfiyyat məlumatlarına malikdir. Amma Azərbaycanla Ermənistanın 1007 km-lik sərhədi var. Hər yer döyüş bölgəsidir, hər tərəfdə əsgərlər dayanıb. Əməliyyat odur ki, gərək müharibəyə başlayasan. Gərək müharibəyə başlayıb həmin əraziləri işğaldan təmizləyəsən və girovları da xilas edəsən. Azərbaycan indiki halda məsələlərin sülh yolu ilə, itkisiz həll olunması variantına üstünlük verir. İşğalçı Ermənistanın konstruktiv mövqeyə gəlməsi üçün beynəlxalq aləm əlindən gələni etməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının taleyindən narahat olduğunu, hətta özünün onunla görüşmək üçün getmək istədiyini demişdi. Buna səbəb isə digər girov Şahbaz Quliyevin “Dilqəmi harasa apardılar” yazması olub. Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkdi. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar. Ancaq girovların ailə üzvləri düşmən əlində olan bu şəxslərə görə ciddi şəkildə narahatdır.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar