Xəbər lenti
Aİİ-də Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirələr aparılıb - FOTOLAR
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib. Tədbir “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunub.
Manevr.az xəbər verir ki, konfrans iştirakçıları öncə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunaraq bərbad vəziyyətə gətirilib. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Хocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini vurğulayıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdiyi cinayətlər haqqında danışıb. Natiq bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayaraq, bu yöndə görülən işlərdən bəhs edib.
Yazıçı-publisist, müstəqil jurnalist Səriyyə Cəfərova “Xocalı soyqırımı zamanı əsir və itkin düşmüş şəxslərin taleyi” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir-grov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin axtarışı və sonrakı taleyinin müəyyən edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar