Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan işğal altındakı Azərbaycan torpaqların kadastrını da MƏRKƏZLƏŞDİRMƏYƏ BAŞLADI...

Tarix: 07-11-2018 21:05     Baxış: 2399 A- / A+
Ermənistan işğal altındakı Azərbaycan torpaqların kadastrını da MƏRKƏZLƏŞDİRMƏYƏ BAŞLADI...

Ermənistan Kadastr komitəsinin rəisi:”...“Artsax”la birgə fəaliyyətimiz üçün heç bir maneə yoxdur...”

Bu gün işğalçı ölkənin Sarhad Petrosyan adlı daha bir yüksək vəzifəli məmuru Azərbaycanın sərhədini pozub.

Bu məmur Ermənistan Kadastr komitəsinin sədri vəzifəsini daşıyır.

Xankəndində qondarma rejimin oyuncaq başçısı Bako Saakyanla görüşən S.Petrosyan “iki erməni dövləti” arasında daşınmaz əmlakın, yəni torpaqların, evlərin, yaşayış, inzibati, ictimai binaların qeydiyyata alınması sahəsində əməkdaşlıqdan bəhs edib. Görüşdə separatçı rejimin “iqtisadiyyat və istehsal strukturları naziri” hesab olunan Levon Qriqoryan adlı məxluq da iştirak edib.

Erməni jurnalsitlərə açıqlamasında S.Petrosyan bildirib ki, separatçı liderlə söhbət zamanı biz birgə fəaliyyət yolları müzakirə edilib. “Bizim iki idarənin işlərini əlaqələndirməyimiz lazımdır. Görüş zamanı birgə tədbirlərin həyata keçirilməsi yollarını müzakirə etdik və bunun üçün heç bir maneə yoxdur. Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan və “Artsax”ın kadastr sektorunda dəyişikliklər ediləcəkdir”.

P.S. Görünən odur ki, rəsmi İrəvan tədricən işğal altındakı Azərbaycan torpaqlarındakı bütün qanunsuz qurumları və idarəetməni öz əlində cəmləşdirmək, mərkələşdirmək, hər bir əmlakın, hər qəpik gəlirin uçotunu aparmaq və tədriclə həmin torpaqları tam şəkildə özünə birləşdirmək yolunu tutub. Bu günlərdə Ermənistanın Dövlət gəlirləri komitəsinin rəhbəri də Xankəndinə vergi və gömrük sistemindəki “əlaqələrin möhkəmləndirilməsi” məqsədi ilə gəlmiş və Qarabağdakı hər bir ticarət obyektinin tezliklə son nəsil kassa aparatları ilə təmin olunmasının vacibliyini vurğulamışdı... Bu gün də artıq söhbət işğal altındakı torpaqlarımızın, ermənilərin zəbt etdiyi qismən salamat qalmış evlərimizin və s. kadastr uçotundan gedir...

Xatırladaq ki, 25 ildən çoxdur ki, Azərbaycan hökumətinin digər qurumları kimi daşınmaz əmlakın, torpaqların kadastrına cavabdeh olan qurum da torpaqlarımızın 20 faizindən çoxuna nəzarət etmək imkanından məhrumdur... moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar