Xəbər lenti
Aprel döyüşləri təkrarlana bilər : Atəşkəsi kim və niyə pozur? - ŞƏRH
"Cəbhə xəttində vəziyyət yenə gərgindir. Təmas xəttində yüngül silahlarla yanaşı qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə edilir. Bu vəziyyət aprel döyüşlərinin təkrarlanması ehtimalını artırır".
Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzi atəşkəslə bağlı məqaləsində bildirib.
Məqalədə qeyd olunur ki, məntiqlə Ermənistan müharibədə maraqlı olmamalıdır:
"Birincisi,növbəti hərbi qarşıdurma hər iki tərəfdən yenidən itkilərə səbəb olacaq. Onsuz da Ermənistanda əhalinin sayı azalır, gənclər ölkəni tərk edirlər. Ermənistandan kənarda gənclərin Dağlıq Qarabağda öldürülmələri həm demoqrafik vəziyyəti ağırlaşdırır, həm də cəmiyyətin hakimiyyətə qarşı etirazını gücləndirir.
İkincisi, erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geriyə çəkilə bilərlər. Ermənistan ordusu aprel döyüşlərində Dağlıq Qarabağ istiqamətində bir neçə strateji yüksəkliyi itirdi. Azərbaycan ordusunun daha çox irəriləməsi imkanları var idi. Ancaq prosesə Rusiya prezidenti Vladimir Putin qarışdı və müharibə sadəcə 4 gün çəkdi. Bu dəfə müharibənin uzanması ehtimalı yüksəkdir. Buna baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan cəbhə bölgəsindəki gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər. Ermənistanda iqtisadi və sosial vəziyyət ağırlaşır. Ermənistann yeni baş naziri Karen Karapetyanın imkanları məhduddur. İslahatlar nəticə vermir. Çünki islahatlar üçün resurslar yoxdur, əksinə ölkənin borcları getdikcə artır və bu borclar üzrə faizlər ödənməlidir. Digər tərəfdən Karapetyanın Sərkisyana yaxın fiqurları hökumətdən uzaqlaşdırması prezidentin xoşuna gəlmir. Beləliklə, Serj Sərkisyan bir tərəfdən Rusiyanın təyin etdiyi baş nazir Karen Karapetyanla gizli mübarizə aparmalıdır, digər tərəfdən parlament seçkisi öncəsində özünün və partiyasının hakimiyyəti itirməməsi yolları haqqında düşünməlidir. Ona görə də belə vəziyyətdə Sərkisyan cəbhə bölgəsində gərginliyi bir qədər artırmaqla erməni cəmiyyətini Azərbaycanın simasında “ümumi düşmən” ətrafında birləşdirmək istəyir. Sərkisyan arxayındır ki, cəbhə bölgəsindəki süni gərginlik yaratmaqla müharibə başlamayacaq, çünki Rusiya yenidən işə qarışaraq genişmiqyaslı müharibəyə imkan verməyəcək. Toqquşmaların qısa müddətdə baş verməsi halında isə Sərkisyan təmas xəttində itirdiyi yüksəklikləri geri qaytarmağa çalışacaq. Bu yenidən Sərkisyanın reytinqinin yüksəlməsinə xidmət edər. Ancaq medalın başqa üzü də var.
Məqalədə vurğulanır ki, aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaradıb: "Azərbaycan ordusunun itkilərinə baxmayaraq, cəmiyyətdə torpaqların güc yolu ilə geri qaytarılmasına inam yarandı. Buna görə də budəfəki müharibə 4 gündən çox da çəkə bilər, Rusiya hakimiyyəti hərbi toqquşmaları durdurmaq üçün yenidən diplomatik müdaxilə etsə belə, Azərbaycan hakimiyyəti cəmiyyətin prosesi məntiqi sonluğa çatdırmasının təsiri altında olacaq. Digər tərəfdən Ermənistan ordusu təmas xəttində atəşkəsi pozmadığı günlərdə də təzyiq altındadır. Ermənistanın ordu rəhbərliyi Azərbaycan ordusunun strateji yüksəkliklərdən hücuma keçə biləcəyindən daima ehtiyat edir. Təsadüfi deyil ki, Ermənistanın yeni təyin olunan müdafiə naziri Viqen Sərkisyan noyabrın 1-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb".
Viqen Sərkisyanın bu görüşdən iki məqsədi olub:
"Ermənistanın müdafiə nazirinin Azərbaycanın müdafiə nazirindən əvvəl Anjey Kaspşiklə görüşməsinin birinci məqsədi odur ki, bununla erməni tərəfi atəşkəsi Azərbaycanın pozduğuna işarə edir. Yəni “biz Kaspşiklə ona görə tələsik görüşürük ki, o ATƏT nümayəndəsi kimi atəşkəsə riayət olunmasını təmin etsin”. Bu bir növ beynəlxalq aləmə mesajdır ki, atəşkəsi Ermənistan deyil, guya Azərbaycan pozur.
İkinci məqsəd isə odur ki, İrəvan Kaspşik vasitəsilə rəsmi Bakının nəbzini yoxlamaq istəyir. Çünki məntiqlə bu dəfə Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT nümayəndəsi ilə görüşməlidir. İrəvan bu yolla həmin görüşdə veriləcək mesajları özü üçün aydınlaşdırmaq istəyir. Digər tərəfdən İrəvan Kaspşik vasitəsilə Bakıya hansısa mesajını çatdırmaq haqqında düşünə bilər. Aydındır ki, bu mesaj Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmayacaq. Ermənistan prezidenti əvvəlkitək status-kvonu uzatmağa çalışır. Ancaq apreldən sonra bunu uzatmaq İrəvan üçün getdikcə çətinləşir. Ermənistan hakimiyyəti üzərində böyük dövlətlərin təzyiqini hiss etməsə belə Azərbaycanın silahlanmasından, Bakının dostları ilə hərbi ittifaqlarını gücləndirməsindən, hətta Azərbaycan hakimiyyətinin Rusiyanı öz tərəfinə çəkə biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin “Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Qərb institutları Ermənistanda fəaliyyətlərini dayandırmasalar və yerli QHT-lərin Qərbdən maliyyələşmələrinin qarşısı alınmasa İrəvan Dağlıq Qarabağı itirə bilər. Əslində bu sözlər rəsmi İrəvana ultimatumdur və Ermənistan hakimiyyəti Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktorunun dilindən deyilən bu sözləri Kremlin mesajı kimi də qəbul edə bilər. Əlbəttə, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək istəmir, ancaq Moskva münaqişənin varlığından Ermənistan hakimiyyətini daima qorxu altında saxlamaq üçün istifadə edir. Yəni Kreml İrəvana nümayəndələri vasitəsilə demək istəyir ki, “mənim bütün əmrlərimi yerinə yetirməsən Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm”".
Məqalədə bildirilir ki, Ermənistan Azərbaycanla üz-üzə qalarsa, Dağlıq Qarabağ üzərindəki nəzarətin itirilə biləcəyindən də qorxur: "Məhz buna görədir ki, son günlər Ermənistanda siyasətçilər və ekspertlər arasında “Dağlıq Qarabağın müstəqil dövlət kimi qalması yaxşıdır, yoxsa Ermənistana biləşdirilməsi” mövzusu ətrafında geniş diskussiya gedir. Yəni Ermənistanda ən azı anlayırlar ki, Dağlıq Qarabağın “müstəqil dövlət” kimi varlığı uzun çəkməyə də bilər". Qaynarinfo.Az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar