Xəbər lenti
“Azərbaycan ordusu İrəvan-Mehri yolunu topla vura bilər…” -Erməni komandirdən etiraf
Vova Vartanov:” Əgər bu deyilənlər təhlükə deyilsə, bəs nədir?..”Ermənilərin məşhur döyüş komandiri 2018-ci ilin mayında Azərbaycan ordusunun ələ keçirdiyi yüksəkliklərdən İrəvan-Mehri yolunu vura biləcəyini etiraf edib.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın keçmiş xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanyan “İravunk” nəşrinə müsahibəsində işğalçı ölkənin Müdafiə Nazirliyinin bu günədək ermənilərdən gizlətməyə çalışdığı acı həqiqətləri etiraf edib.
Öncə nəşr həyəcanla qeyd edib ki, Azərbaycan ordusu bu ilin mayında əvvəllər neyral ərazi olan torpaqları nəzarətə aldıqdan sonra sentyabrın 17-də 1991-1994-cü illər Qarabağ savaşından sonra ilk dəfə Ermənistanın Vayotsdzor mərzinin Areni kəndini(əslində Dərələyəz mahalının Arpa kəndi) atəşə tutub...
“Situasiya ilə yerindəcə tanış olmaq üçün ekspertlər dəvət edəndə Müdafiə Nazirliyi məni çağırmadı. Çünki bilirlər ki, mən hər şeyi olduğu kimi, deyəcəm. Bəli, vəziyyət gerçəkdən təhlükəlidir və 100 faizi narahatlıq tələb edir, panikaya isə yalnız axmaqlar düşər. Əvvəllər əgər bizim gözətçilər türkü uzaqdan durbinlə görürdülərsə, indi artıq sapand ilə biri-birini vura bilərlər. Eyni zamanda Azərbaycan ordusu elə bir yaxın mövqeyə çıxıb ki, oradan İrəvan-Mehri yolunu müşahidə edirlər. Və havaya pilotsuz uçaqlar qaldırmadan öz artilleriyalarını birbaşa yola yönəldə bilərlər. Bu minvalla həmin yolla hərəkət edən qoşunlar, silah-sursatlar atəşə tutula bilər. Əgər bütün bu deyilənlər təhlükə deyilsə bəs nədir?”-deyə erməni komandir həyəcan təbili çalır.
Xatırladaq ki, 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov həlak olub.
Allah rəhmət eləsin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar