Xəbər lenti
Qarabağ cəlladı: "Bakıdan çəkinirəm"
"Heç şübhə yoxdur ki, Azərbaycan müharibəyə hazır vəziyyətdədir. Onlar raket və mərmi istehsal edəcək zavodldar tikirlər, dəmir yolları ilə bağlı problemləri həll edirlər. Azərbaycan genişmiqyaslı, uzunmüddətli müharibəyə hazırlaşır. Biz sadəcə, bunu anlamaq istəmirik".
Dağlıq Qarabağdakı separatçı rejimin sabiq "müdafiə naziri", vəhşiliyi ilə ad çıxaran və "Qarabağ cəlladı" kimi tanınan Samvel Babayan "Azadlıq Radiosu"nun erməni dili xidmətinə verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbi-sənaye kompleksini sürətlə inkişaf etdirir. Ermənistan isə, tam əksinə, silah, sursat və hərbi texnika sarıdan Rusiyadan tam asılı vəziyyətdədir.
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın vəzifəsindən kənarlaşdırılmasını isə S.Babayan yanlış addım saymaqla yanaşı, prezident Serj Sarkisyanla Ohanyan arasında münasibətlərin kəskinləşdiyini də etiraf edib.
"Ermənistan prezidenti Serj Sarkisyanın niyə belə qərar qəbul etdiyini bilmirəm. Səbəblər barədə konkret məlumatlara malik deyiləm. Lakin indiki mərhələdə Seyran Ohanyanın vəzifəsindən kənarlaşdırılmasını dürüst qərar saymıram. Ermənistandakı hakimiyyətdə o, ən savadlı və bacarıqlı hərbçi idi. Serj Sarkisyanla Ohanyan arasındakı şəxsi münasibətlər işə təsir etməməli idi. Ohanyanın işdən çıxarılmasının aprelin əvvəlindəki "Dördgünlük müharibə"nin nəticələri ilə bağlı olduğunu da düşünmürəm. Belə olsaydı, Ohanyan həmin hadisələrdən dərhal sonra o üç generalla birlikdə qovulardı. Bilmirəm, bəlkə də Sarkisyan strateji, taktiki idarəetmədə nəyisə dəyişir. Bəlkə də müdafiə məsələləri ilə özü daha çox məşğul olacaq", - S.Babayan söyləyib.(milli.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar