Xəbər lenti 
					
 
		Jirinovski: “Qarabağ bizim ümumi torpağımızdır…“

Ruslar, ukraynalılar və belarusları sadə ideologiya birləşdirməlidir – bir torpaq, bir xalq, bir ölkə. Artıq sərhədlərimizi açmağın vaxtı çatıb.
Manevr.az xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski çıxış edib.Jirinovski hesab edir ki, “yerlilər” “bizə ideal uyğun gələn üst millət tərifidir”.
O güman edir ki, “yerlilər” anlayışına keçmiş SSRİ-nin bütün xalqlarını aid etmək olar. Bu, mövcud millətlərarası münaqişələri və keçmiş sovet ölkələrinin bir-birinə olan ərazi iddialarını həll etməkdə yardımçı olacaq.
“Krım da, Qarabağ da, Abxaziya da, Dnestryanı da bizimdir, ümumidir. İstənilən vətəndaş sərbəst şəkildə Tartuya, oradan Riqaya, Kiyevə, Smolenskə, Minskə, Moskvaya, Sevastopola, Bakıya, Tbilisiyə, Yerevana, Daşkəndə gedə bilər və heç bir sərhəd keçmədən, çünki hər yerdə yerlilərdir”, – deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl SSRİ-nin dağılmasından danışan Vladimir Jirinovski bəyan etmişdi ki, bu, “beynəlxalq, dövlət cinayəti idi”. LDRP lideri SSRİ-nin dağılmasından heç kimin qazanmadığını düşünür. /oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















