Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputat öldürülə bilər - VİDEO

Tarix: 04-07-2018 13:25     Baxış: 4764 A- / A+
Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputat öldürülə bilər - VİDEO


İyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransının Rusiyadan olan iştirakçıların bəyanatları ermənilərdə şok effekti yaratdı. Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərdən biri də Rusiya Dövlət Duması komitəsi sədrinin müavini, Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyev idi.

Rusiyalı deputat konfransda çıxışı zamanı Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hər hansı şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu bildirdi.

“Ermənistanın blokadada olması məhz Dağlıq Qarabağ münaqişəsi ilə şərtlənib. Buna görə ölkəni dərin iqtisadi böhran bürüdü. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti hələlik bunu başa düşmür. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq", - deyə rusiyalı deputat bildirib.

Savelyevin sözlərinə görə, Rusiyada Ermənistanın yeni hökumətinin dəyişkən siyasətini anlayırlar və məyusdurlar. Moskva Bakının simasında etibarlı müttəfiqini görür.

Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib:

"Bu baxımdan, Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır".

Dövlət Dumasının üzvünün bu fikirlərindən sonra ona hücumlar başlayıb.

Publika.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun qonağı olan erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasaryan Dmitri Savelyevi məhv etməyə çağırıb.

“Sizin deputatınız münaqişə zonasına gedərək ağzına gələni danışır. Onu məhv edin”, - erməni ekspert tok-şouda iştirak edən Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə üz tutub.

Maraqlıdır ki, verilişin aparıcısı Solovyov da onu dəstəkləyib.

“Savelyev bildirdi ki, Azərbaycan Rusiyanın müttəfiqidir və mübahisəli rayonları (işğal edilmiş ərazilərin “mübahisəli” adlandırılması aparıcının mövqeyini açıq şəkildə ortaya qoyur –red.) Azərbaycana vermək lazımdır”, - o deyib.

Həmçinin, Jirinovski də Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib.

Qeyd edək ki, Dmitri Savelyev Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ilə tanınır. O, 2016-cı ildə Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin Ermənistana xeyir gətirmədiyini deyib.

Rusiyalı deputat Azərbaycanın heç vaxt Dağlıq Qarabağın işğalı ilə razılaşmayacağını söyləyib.

"Təsəvvür edin ki, sizin iki otaqlı eviniz var. Bir silahlı şəxs gəlib evinizə girir, sizi evdən qovur, evi əlinizdən alır. Siz bununla razılaşarsınızmı? Bu hələ harasıdır. Azərbaycanın təkcə Dağlıq Qarabağ regionu işğal olunmayıb. Ona bitişik olan yeddi rayon da işğal olunub. Bəs, bu fakt necə?! Əgər Dağlıq Qarabağ mübahisəli regiondursa, onda 7 rayonu işğal etmək nədir? Bəs, Azərbaycan xalqından nə gözləyirsiniz? Sakit qalmasınımı, susmasınımı? Heç vaxt! Azərbaycan heç vaxt bununla razılaşmayacaq", - o vurğulamışdı.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar