Xəbər lenti 
					
 
		Ermənistan Qarabağda 18 İTKİ VERDİ

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb.
Bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir.
Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan 2 erməni əsgəri məhv edilib. Mayda isə qeyri-döyüş şəraitində 7 erməni əsgər ölüb. Bu statistika ictimaiyyətə məlum olan rəsmi məlumatlardır. Ehtimallara görə, bir çox itkilər gizlədilir. Lakin təkcə rəsmi statistikaya görə, cari ilin 5 ayı ərzində düşmən ordusu 18 itki verib.
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, həyəcanlı statistikadır.
Onun sözlərinə görə, Ermənistanda ordu ətçəkən funksiyasını yerinə yetirir: “Maraqlıdır ki, 7 itkinin qeydə alındığı may ayında Ermənistanda hakimiyyət dəyişikliyi olub. İtkilərin əksəriyyəti Qarabağda, ön cəbhədə qeydə alınıb. Qeyri-döyüş şəraitində baş verən itkilər əsasən qətl və intiharla olur. Bu günlərdə orduda general Manvel Qriqoryan tərəfindən mənimsəmə halları ortaya çıxdı. O cümlədən, generallar Mikayel Artünyan və Yuri Xaçaturovun, eləcə də digər yüksək vəzifəli hərbiçilərin də mənimsədikləri haqda məlumatlar yayılır. Lakin bunlar köhnə sistemdən qalmalardır və baş verənlər ordudakı problemlərin başa çatmadığını göstərir”. (publika.az)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















