Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polkovnik: "Ordumuz Xankəndi-İrəvan yoluna nəzarəti ələ keçirdi"

Tarix: 09-06-2018 15:10     Baxış: 3635 A- / A+
Polkovnik: "Ordumuz Xankəndi-İrəvan yoluna nəzarəti ələ keçirdi"


Naxçıvanda işğaldan azad olan torpaqlarımız bəlkə də böyük qayıdışın, böyük proseslərin başlanğıcıdır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün Azərbaycan ordusunun üstünlüyünü nəinki biz, hətta beynəlxalq statistik qurumlar da təsdiq edir:

"Şərur rayonunun Günnüt kəndindən əhali düşmən işğalı zamanı köçməyə məcbur olmuşdu və buradakı infrastruktur dağılmışdı. Hazırda orada azad olunmuş torpaqlar Ermənistanla dövlət sərhədinə qədər olan böyük bir ərazini əhatə edir”.

Polkovnikin sözlərinə görə, Cocuq Mərcanlıda olduğu kimi, azad olunan bu kəndimizdə də tezliklə bərpa işləri gedəcək və sakinlər öz yurd-yuvalarına qayıdacaq:


"Bu torpaqların işğaldan azad olunmasının həm hərbi, həm strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq Xankəndidən İrəvana gedən yolu nəzarətdə saxlaya biləcək. Azərbaycan öz torpaqlarını qaytarıb, ordumuz Ermənistan sərhədini keçməyib. Azərbaycanın heç vaxt işğalçı niyyəti olmayıb”.

Polkovnik vurğulayıb ki, artıq Ermənistan bizim gücümüzün qarşısında sona qədər davam gətirə bilməyəcəyini anlayır:


"Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanımızın dediklərini praktiki şəkildə müəyyən istiqamətlərdə həyata keçirir. Belə deyə bilərik ki, bu proses artıq başlayıb. Ermənistanda olan hərc-mərclik, idarəçilikdə, hərbi strukturlarda olan problemlər, klanlar arasında olan mübahisəli məsələlər, bu ölkənin işğalçılıq siyasəti nəticəsində iqtisadi blokadaya alınması, zəif iqtisadi potensial və s. Ermənistanı zəiflədir. Onların vəziyyəti gündən-günə pisləşir, perspektiv yoxdur, infrastruktur bərpa olunmur, ölkəyə investisiya qoyulmur. Daima qorxu içində yaşamaq o qədər də asan deyil”.

Polikovnik qeyd edib ki, proses Azərbaycan torpaqları tam işğaldan azad olunana kimi bu və ya digər formalarda davam edəcək:


"Ermənistan tərəfi bundan düzgün nəticə çıxarmasa, konstruktiv mövqe tutmasa, ola bilsin ki, proseslər bundan sonra irimiqyaslı anti-terror əməliyyatına çevrilsin. Naxçıvanda işğaldan azad olunan torpaqlar böyük qələbələrin başlanğıcıdır və bunun davamı olacaq. Buna bizim tarixi haqqımız da çatır”.

Qeyd edək ki, dünən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinin və bir sıra yüksəkliklərin azad edildiyini təsdiqləyən rəsmi məlumat yayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar