Xəbər lenti
Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində... - FOTO
Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində olublar.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün Facebook səhifəsində yazır.
“Onlar operativ vəziyyətlə yerində tanış olandan sonra komandanlıqla bu istiqamətdə xidmət keçməyin xüsusiyyətlərini müzakirə etdilər. Müdafiə naziri David Tonoyan hərbçiləri daim sayıq olmağa, təxribatlara uymamağa, ancaq düşmənin istənilən hərəkəti barədə xəbərdarlıq etməyə çağırıb”-Ovanisyan yazıb.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Prezident bildirib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. Azərbaycan prezidentinin bu səfəri düşmən ölkədə növbəti dəfə “Naxçıvandan qaynaqlanan təhdidlə” bağlı panika yaradıb. virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar