Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb

Tarix: 07-04-2018 12:05     Baxış: 2489 A- / A+
Qarabağda erməni komandir əsgəri vəhşicəsinə döyüb


Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən qanunsuz bölmələrdə növbəti cinayət hadisəsi qeydə alınıb.

Manevr.az azvision.az-a istinadən bildirir ki, hadisə tədris batalyonunda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgəri vəhşicəsinə döyüb. Nəticədə əsgər aldığı xəsarətlərdən hərbi hospitala yerləşdirilib.

Areyan ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O qeyd edib ki, hərbi hissədə şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Albert Miqranyanla Artur Simonyan arasında münaqişə yaranıb. Nəticədə ciddi bədən xəsarəti alan Simonyan Xankəndindəki hospitala aparılıb. Miqranyan isə 20 günlük intizam hərbi hissəsinə yerləşdirilib.

Hospitaldan bildirilib ki, hazırda Simonyanın vəziyyəti qənaətbəxşdir. Lakin həkimlər əsgərin hansı səbəbdən hospitala düşdüyünü deməyiblər. Bir müddət sonra Simonyan özü mətbuatla əlaqə saxlayaraq hadisənin komandirlə bağlı olmadığını bildirib.

Hərbi prokurorluğun yaydığı məlumatda deyilib ki, Albert Miqranyan barəsində iki cinayət işi açılıb, araşdırma aparılır. Bunlar hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar rəisə qarşı hər hansı zorakılıq tətbiq etmə və döymə maddələridir. Ehtimal edilir ki, əsgərlər arasında mübahisəni batalyon komandiri Artur yumruqları ilə həll etmək istəyib və qarşılığını alıb. Nəticədə əsgərlərdən biri hospitala düşüb və digəri isə daha ağır cəzalandırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar