Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər azərbaycanlılar problemlərini avtomatla həll edə bildilərsə, o zaman ''İsgəndər''lərə nə gərək vardı..." - Manvel Sərkisyan

Tarix: 08-10-2016 00:24     Baxış: 3452 A- / A+
"Əgər azərbaycanlılar problemlərini avtomatla həll edə bildilərsə, o zaman ''İsgəndər''lərə nə gərək vardı..."


Erməni politoloq: "Apreldə azərbaycanlılar sakitcə bizim mövqelərimizə qədər gəldilər, biz isə ciddi itkilər verdik"

Ermənistanın tanınmış politoloqlarından biri, “Ermənistan milli və strateji araşdırmalar mərkəzi”nin direktoru Manvel Sərkisyan maraqlı açıqlamalar verib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Manvel Sərkisyan baş nazir Karen Karapetyanın Ermənistanın başının üstündəki kölgəni dağıtmadıqca vəziyyətin yaxşılığa doğru gedəcəyinə inanmadığını bildirib.

Sərkisyan bu mənada Ermənistanda baş verən kadr dəyişikliklərinin hansı nəticələrə gətirib çıxaracağının mühüm olduğunu söyləyib.

“10-15 il bundan öncə tamamilə ayrı tezis deyilirdi. Bizə deyirdilər ki, Qarabağ məsələsi həll olunmayana qədər ölkənin normal inkişafı mümkün deyil. Yeni gələn baş nazirin sözlərindən onun bu tezisi rədd etdiyi ortaya çıxır...

Ermənistanın problemi seçki sisteminin və ədalətli məhkəmənin olmamasıdır. Burda yalnız qanunsuz iri mülkiyyətə yiyələnən sahibkarlar var. Onlar özlərinə sərf edən sistemi qurublar. Daha sonra dövlət idarəçilik sistemini ələ keçirərək öz oliqarx qaydalarını tətbiq ediblər. Nəticədə indiki ağır vəziyyət yaranıb. İndi əsas problem baş nazirin ya bu sistemi qəbul etməsi ya da onu yox etməyə hazır olub-olmamasından ibarətdir”...

M. Sərkisyan bu nöqteyi - nəzərdən Ermənistanda baş verən dəyişikliklərin hələ ki kosmetik xarakter daşıdığını dilə gətirib.


Manvel Sərkisyan eyni problemlərin Ermənistan ordusunda da mövcud olduğunu söyləyib:

“Müharibə (aprel döyüşləri-red.) olduqca ciddi məsələləri ortaya çıxardı. Apreldən sonra nəhayət başa düşdülər işlər qaydasında getmir. Ordunun pul qazanma yerinə çeviriblər. Oraya (ordu sisteminə-red.) gedən insanlar pul qazanmış, özlərini göstərərək böyük sərvət toplamışlar. Xalq onların fəaliyyətindən bezib və bu adamlar dərhal getməlidir. Bundan başqa, həyat onu göstərir ki, bizim ordu sovet sisteminin qalığıdır. Düşmən (Azərbaycan-red.) ordusu isə tamamilə ayrı standartlar üzərində qurulub. Apreldə azərbaycanlılar sakitcə bizim mövqelərimizə qədər gəldilər, biz isə ciddi itkilər verdik. Orduya yönəlik tələblər böyükdür. Ordu isə qarşısında qoyulan tələbləri icra edə bilmir, bu səbəbdən dəyişikliklər lazımdır”, deyə Sərkisyan qeyd edib.

Müxbirin yeni gələn nazirin (Vigen Sərkisyan-red.) ümid vəd etməsi barədə sualına Manvel Sərkisyan neqativ cavab verib. O, yüksək rütbəli məmurlara inam qalmadığını söyləyib.

Politoloqun fikrincə onlar insanları maraqlandıran bir çox suallardan qaçırlar:

“Xalq hələ də Xaçaturovun (Ermənistan silahlı qüvvələrinin keçmiş qərargah rəisi, hazırda Təhlükəsizlik şurasının katibi-red.) döyüş günlərində Moskvaya hansı səbəbdən getməsini və nə üçün Azərbaycanın xeyrinə sülh əldə olunmasını soruşur. Əgər Azərbaycanın və Moskvanın xeyrinə qərarlar qəbul olunursa o zaman bu adam kimdir, kimin adamıdır sualı yaranır. Xaçaturovun indi yeni vəzifəyə gətirilməsi bu mənada olduqca pisdir. Aprel döyüşlərində özündə ciddi şübhələr yaradan Edvard Nalbandyanın yenidən xarici işlər nazirliyində saxlanması da pis əlamətdir. Çünki bu adamların yenidən yüksək vəzifələrə təyin olunması hakimiyyətin özünə ciddi zərbə vurur”, deyə politoloq qeyd edib.

Ermənistanın digər təhlilçi yazarlarından Naira Ayrumyan da ölkədə həyata keçirilən dəyişikliklərin vətəndaşlara hər hansı fayda gətirəcəyinə şübhə etdiyini bildirib: “Yeni hökumət paralel olaraq iki prosesi həyata keçirir. Bir tərəfdən oliqarx kimi şöhrət qazanan məmurları istefaya göndərir, digər tərəfdən isə ölkə iqtisadiyyatını həmin oliqarxların deyil, sıravi vətəndaşların hesabına düzəltmək istəyir”...

"Əgər azərbaycanlılar problemlərini avtomatla həll edə bildilərsə, o zaman ''İsgəndər''lərə nə gərək vardı..."

“Ermənistan cəmiyyəti isə baş verənlərə qəribə biganəlik nümayiş etdirir. Oliqarxların qovulmasına sevinərkən bir çoxları gələn il pensiya və maaşların artırılamayacağını, daha çox vergi ödəyəcəyini heç bilmirlər də...” deyə Ayrumyanın lragir.am –dakı yazısında qeyd olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar