Xəbər lenti 
					
 
		Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır - Maksim Şevçenko - VİDEO
Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır.
Manevr.az bildirir ki, bu fikirləri Rusiyanın məhşur jurnalisti və ictimai-siyasi xadim Maksim Şevçenko bildirib. O, Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı sualı cavablandırarkən belə deyib.
Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, 2008-2012-ci illərdə Rusiya İctimai Palatasının üzvü olmuş Şevcenko öz ölkəsində böyük nüfuza sahibdir. Rusiya kimi böyük bir dövlətdə kifayət qədər söz haqqı olan Şevçenko Ermənistanı düşmən dövlət adlandırıb. Bu fakt bir daha Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının günü-gündən artdığını sübuta yetirir. Nəticədə isə ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir.
Jurnalist, həmçinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə baglı qənaətini bölüşüb.
Məhşur jurnalist Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və heç bir fərziyyənin bu faktı dəyişə bilməyəcəyini vurğulayıb.
Rusiyanın ictimai-siyasi xadimi Dağlıq Qarabağın Azərbaycanın tarixi torpagı olması faktını birmənalı şəkildə ifadə etməklə və Ermənistanı düşmən dövlət kimi göstərməklə işgalçı ölkənin əsl mahiyyətini açib ortaya qoyur./ xezerxeber.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















