Xəbər lenti
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil” - Con Kerri

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil".
Manevr.az - ın məlumatına görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib.
O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr mürəkkəbdir: "Əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə, belə münaqişələr keçmişdə qala bilər.
Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























