Xəbər lenti
“Qarabağda müharibənin yenidən başlaması realdır” - Emmanuil Mkrtçyan

Ermənistana “İskəndər”lərin verilməsindən sonra Qarabağ məsələsinin tənzimlənməsi ətrafında vəziyyət yenidən kəskinləşib. Ermənistan hakimiyyəti bəyan edib ki, bu Azərbaycanın son illərdəki silahlanmasına qarşı intiqamdır. Öz növbəsində, Azərbaycan Ermənistanı gərginliyin artırılmasında suçlayaraq, qabaqlayıcı tədbirlərin görülməsinin mümkünlüyünü bildirir.
Regionda yeni təhlükəli vəziyyəti virtualaz.org saytının müxbirinə “Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan şərh edib.
Onun fikrincə, silahlanma hələ heç kimə xeyir gətirməyib. “İskəndər”lərə gəlincə, bu aprel döyüşlərində Azərbaycanın Rusiya və İsrail istehsalı son silah növlərindən istifadəsinə cavabdır. Son illər ərzində Bakı silahlanmaya 5 milyard dollar xərcləyib. Sizcə, Ermənistan özünü müdafiə etməməlidir?” – E.Mkrtçyan bildirib.
“Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”, - “Armİnfo”nun baş direktoru münaqişənin həlli yollarından danışarkən bildirib.
Virtualaz.org-un əməkdaşının “Müharibənin yenidən başlamasını real hesab edirsinizmi?” sualına erməni jurnalist “Təəssüf ki, bəli. Qarabağda müharibənin yenidən alovlanması mümkündür” cavabını verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar