Xəbər lenti
“Ermənilər bunu yuxularında da görə bilməyəcək”
Tanınmış politoloq Cümşüd Nuriyev Moderator.az-a “İsgəndər” raketləri ilə bağlı danışıb.
C.Nuriyev ilk öncə “İsgəndər” raketlərinin təhlükəli olmaması ilə bağlı deyilənlərə aydınlıq gətirib:
“Siyasətçilər çox düzgün başa düşür ki, Rusiyanın hazırda dünyada siyasi mövqeyini gücləndirən onun son illərdə hərbiyə çəkdiyi xərclərin sürətlə artmasıdır. Bəziləri bunu belə qiymətləndirir ki, Rusiya iqtisadi cəhətdən zəifləyir. Amma Rusiya bununla həm də itmiş mövqeyini bərpa etməyə, yeni siyasi imicini formalaşdırmağa xidmət edir.
“İsgəndər” tipli raketlər çox təhlükəli silah növüdür. Əgər bu təhlükəli olmasaydı, ABŞ kimi kifayət qədər güclü və hərbi qüvvəsi olan bir dövlət bunun əeyhinə çıxmazdı. ABŞ sürətlə çalışır ki, Rusiyanı hər tərəfdən əhatə dairəsinə alsın, çünki Şimal tərəfdən heç nə edə bilmir. Bütün bunların fonunda “İsgəndər”lərin təhlükəli olmadığını deyənlər daha çox sakitləşdirmək məqsədi güdürlər. Təbii ki, biz də kimisə qızışdırmaq fikrində deyilik. Amma bütün hallarda qapını ehtiyatlı bağlamaq lazımdır ki, hər ötən içəri keçə bilməsin. Buna uyğun olaraq da Azərbaycan siyasətçilərinin məqsədi ondan ibarətdir ki, Rusiyanın Azərbaycanla yürütdüyü siyasətdə səmimi olmadığını göstərsinlər. Son 300 ildə olduğu kimi Ermənistandan Qafqazda yenə də dəyənək kimi istifadə olunur. Azərbaycanla apardıqları danışıqlarda isə səmimilikdən çox uzaqdırlar”.
Politoloq daha sonra bu raketlərin Ermənistanda yerləşdirilməsində Rusiyanın siyasi məqsədlərinin olduğunu bildirib və həmin məqsədləri sadalayıb:
““İsgəndər” raketləri Ermənistana hədiyyə edilməyib və ermənilər də sevinməsinlər ki, ruslar onlara bu silahları hədiyyə edib. Rusun Ermənistanda hərbi bazası və həmin silahları da öz hərbi bazasına gətirib. Bu şəkildə dünyaya təqdim edir ki, güya bunu ermənilərə pulsuz verib. Bu, mümkün olan iş deyil, çünki Rusiya Ermənistana silah verəndə qarşılığında hansısa daşınmaz əmlakını götürür. Hazırda Ermənistanın dövlət kimi 30%-dən çoxu Rusiyaya peşkək edilib. Bu silahların ora verilməsi də sırf siyasi bir məsələdir.
Rusiya burada bir neçə məqsəd güdür:
- Birincisi, Rusiya İrana olan gizli marağın qoruyur;
- İkincisi, Türkiyəyə olan münasibətində hələ də səmimi deyil və bu silahların Ermənistana gətirilməsi buna xidmət edir. Yəni NATO dövləti kimi Türkiyəni həm qorxutsun, həm də çəkindirsin;
- Üçüncüsü, Azərbaycanı da qorxudub çəkindirməyə çalışır ki, bax, Ermənistana bu silahı verdim.
Bu məqsədlə də bildirirlər ki, bu silahları güya Ermənistana bağışlayıblar. Burada bağışlamaqdan söhbət getmir, Azərbaycanı sırf sərbəst yürütdüyü siyasətdən çəkindirməyə xidmət edir.
- Dördüncüsü, bu həm də dünyaya bir mesajdır, xüsusilə NATO birliyinə. Ermənistan həm kifayət qədər NATO-nun sərhəddindədir, həm də Rusiya Ermənistandan yaxın Orta Şərqi tam nəzarətə götürə bilir. Suriyada da hərbi bazası var və orada da bu silahları yerləşdirdi. Bununla bir növ Cənubi Asiyanı nəzarətə götürmək imkanı gündəmə gəlir.
Bilirik ki, ABŞ-ın 500-ə qədər hərbi bazası var və onun da 300-dən çoxu bu ərazidə yerləşir. Əslində ABŞ-ın hərbi bazaları tam nəzarətə götürülür. Çünki Rusiyanın Krasnadarda olan hava hücumuna nəzarət etmə sistemi, RLS-i var və bundan istifadə edib on santimetr dərinlikdəki həşəratın hərəkətini belə nəzarətə götürə bilirlər. Hazırda Mərakeşdən tutmuş Malaziyaya qədər bütün Cənubi Asiya, o cümlədən Şimali Afrikada da Rusiyanın nəzarətindədir. Rusiya bu ərazilərə nəzarət etmək üçün “İsgəndər” ləri Ermənistan ərazisində yerləşdirib”.
C.Nuriyev sonda vurğulayıb ki, “İsgəndər” raketləri nə qədər təhlükəli olsa da, ermənilər ondan Azərbaycana qarşı istifadə edə bilməz:
“İsgəndər”lərdən Azərbaycana qarşı istifadə olunacağını ermənilər yatıb yuxularında da görə bilməyəcəklər. Çünki bu silahlardan istifadə olunması daha çox İranın mənafeinə xidmət edən bir məsələdir. Çünki Rusiya İran yaxınlaşmasını nəzərə alsaq, İran ərazisinə nəzarət etmək, İranı qorumaq Ermənistan ərazisindən daha yaxındır. Həmin silahlar uzaq məsafəli raketlərdir və onların Azərbaycana qarşı istifadə olunmasına elə bir ehtiyac da yoxdur. İkincisi də, Azərbaycan da hərbi cəhətdən Ermənistan deyil ki, bu tip silahların qarşısını ala biləcək müdafiə sistemi olmasın. Azərbaycan tək Rusiyadan silah almır ki, dünyanın aparıcı silah istehsal edən ölkələrin hamısı ilə münasibəti var və hamısından da silah alır. Eyni zamanda silah da satır.
Azərbaycan tərəfinin buna görə narahat olmasına dəyməz, çünki heç vaxt bu silahları Azərbaycana qarşı istifadə etməyəcək. Ermənilər özlərinin olmayan silahlardan istifadə edə bilməz, Rusiya da bu addımı atmayacaq. Çünki Rusiyanın hazırda Azərbaycana qarşı hərbi marağı yoxdur, sadəcə siyasi marağı var. Ancaq bəlkə də bu. yaxın zamanda gündəmə gələ bilər.
Ermənistan bununla sadəcə ölkə daxilindəki gərginliyi aradan qaldırmaq, müxalifəti sakitləşdirmək, bir növ onları Azərbaycanın üzərinə qaldırmaq, Rusiyada olan erməniləri sakitləşdirməyə çalışır. əsas məqsədləri isə dünya ermənilərindən pay, ianə yığmaqdır. Yəni bu, ermənilərin dilənçilik siyasəti üçün hesablanmış bir siyasi gedişdir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar