Xəbər lenti
Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
“İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda 265 qadın itkin düşüb, 98 qadın isə girovluqdadır.
H.Hüseynova qeyd edib ki, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud , qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir: “Gender əsaslı zorakılığa qarşı mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var”.
H.Hüseynova bildirib ki, qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb: “Lakin hələ də qarşımızda görülməli işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik”.
H.Hüseynova qeyd edib ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışır. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar