Xəbər lenti
İşğal edilmiş ərazilər erməni hərbçilərinin ölüm vadisidir
Ermənistanda miqrasiya və demoqrafiya probleminin əsas səbəblərindən biri də budur.
“Ermənistan ordusunda əsgərləri zabitlər öldürür, cinayət işlərini gizlədirlər, günahsız hərbçiləri törətmədikləri əməllərə görə zindana atırlar, əsl cinayətkarlar isə cəzasız qalır”. Erməni mətbuatı politoloq Ruben Martirosyana istinadən belə yazır. Martiosyan deyib ki, bu problemi kökündən həll etmək imkanımız yoxdur. “Serj Sarkisyan isə açıq şəkildə yalnız bunu deyir: nə istəyirsizsə, onu da edin! Nəticədə ordu məhv olur və tələbələr əsəbi şəkildə möhlət hüququnun məhdudlaşdırılmasına qarşı çıxır. Çünki bu gün Ermənistanda hökm sürən özbaşınalıq səbəbindən heç kim xidmətə getmək istəmir!”, - deyən erməni siyasətçi bildirib ki, Sarkisyanın hakimiyyətdə qalması ölkədə gərginlik və qarşıdurmaları qaçılmaz edir.
Bu cür fraktları cəmiyyətdən gizlətmək mümkün deyil. Ancaq məsələ burasındadır ki, hər gün məhkəmələrdə əsgər ölümləri üzrə cinayət işlərinə baxılsa da problemin kökü araşdırılmır, əsl səbəblər gizlədilir. Ermənistan ordusunun hərbçisi Haruş Qriqoryanın ölümü ilə bağlı keçirilən məhkəmə prosesindən onun ailəsi narazılıq edir. İstintaqın gedişindən görünür ki, hərbçinin qətlə yetirilməsi şəraiti dumanlı təsvir olunur. Gəncin meyidi hərbçilərin idman hazırlığı keçdikləri meydançanın yaxınlığında tapılıb. Halbuki bir neçə gün əvvəl vzvod komandiri V.Balayan tərəfindən H.Qriqoryan dəfələrlə təhqir edilib və əsgər yoldaşları arasında alçaldılıb. Ancaq korrupsiya bataqlığında çabalayan məhkəmədə nədənsə Balayanın üzərindən günahı atmaq istəyirlər. Bu isə valideynləri narazı salır.
Bu mövzuda məhkəmənin keçirildiyi vaxt Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində mina partlaması nəticəsində üç erməni hərbçisi həlak olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 21-də saat 18:35-də hərbi hissələrdən birində hərbçilər Geqam Zakaryan (1995), Sarkis Abramyan (1998) və Sarkis Melikyan (1997) ölümcül yaralanaraq ölüblər. Yaralanmış daha bir əsgər-Narek Oveyanın vəziyyəti isə ağırdır.
Məsələ də ondadır ki, bir gündə üç erməninin həyatını itirməsinin əsas günahkarı hansısa savadsız erməni zabiti yox, bu gəncləri işğal edilmiş Azərbycan ərazilərinə göndərən Ermənistandakı rejimdir. Artıq ölkədə orduda qulluq yaşına çatmış gənc tapmaq müşkülə düşüb. Xalq işğalçı orduda qulluq etmək istəmir. Çünki, bu ordu vətəni düşmənlərdən qorumağa yox, siyasilərin mənasız dartışmalarının və varlanmalarının qulluğunda durur. Bir neçə gün əvvəl ali təhsil alan tələbələrin əsgəri mükəlləfiyyətdən möhlət hüququnun ləğv edilməsi də bu səbəbdən irəli gəlir. Bu ərəfədə tələbələr arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə orduda xidmətdən sonra gənclərin 69 faizində təhsilini davam etdirmək arzusu məhv olur.
Bundan əlavə, Ermənistanın silahlı qüvvələrində savadlı zabit kadrları çatışmır. Hakimiyyət küçədə gözünə dəyən gənc kişiləri dərhal orduya göndərir. Artıq erməni cəmiyyətində də etiraf edirlər ki, Qarabağa göndərilmiş hərbçilər qarşı tərəfdən açılan atəşlərdən, yaxud döyüşlər zamanı yox, erməni ordusundakı intizamsızlıqdan, hərbi qaydaların pozulmasından, silahla savadsız davranışlardan, keyfiyyətsiz idarəetmədən və faciəvi hadisələrdən məhv olurlar.
Təsadüfi deyil ki, illik doğuş sayı yaşla bağlı ölüm sayını üstələsə də, hər il ölkə əhalisinin sayı 15-16 min nəfər azalır. Bunun əsas səbəbi işsizlikdən, yoxsulluqdan və ordudan yayınmaq üçün miqrasiya edənlərin gündən-günə artması və orduda gənc kişilərin ölüm epidemiyasının yayılmasıdır. Nə qədər ki, erməni siyasi hakimiyyəti Azərbaycanla düşmənçiliyi davam etdirəcək, torpaqlarımızdan öz ordusunu çəkib aparmayacaq, onların güzəranı belə də olacaq: işğal edilmiş Azərbaycan torpaqları erməni hərbçilərinin ölüm vadisi kimi qalacaqdır.movqe.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar