Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Qarabağı geri alır!-XƏBƏR VAR

Tarix: 17-11-2017 16:27     Baxış: 41 790 A- / A+
Azərbaycan Qarabağı geri alır!-XƏBƏR VAR



Artıq Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc olunan yazılardan açıq görmək mümkündür. Ermənistan mətbuatı və politoloqlarının fikirlərindəki leytmotiv budur ki, Azərbaycan Qarabağı Rusiyanın vasitəsilə geri almaq üçün hərəkətə keçib.

Erməni tərəfində bu xüsusda həmçinin Azərbaycanın ordusunun güclənməsi istiqamətində atdığı addımlardan ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, Moskva axır bir neçə ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkəyə Azərbaycan qədər silah satmayıb: “Hazırda Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil olmasına və Rusiyanın Ermənistanın arxasından çəkilməsinə çalışır. Bunun üçün lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün Putinə pul da vəd edə bilər. Müəyyən anlıq Qərbin bütün layihələrindən Bakı üz çevirmiş vəziyyət yarada bilər, təki istəyinə çatsın. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir” - erməni mətbuatında son bir neçə gündə ən çox yazılan bu tipli şərhlərdir.
***
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bölgədə həqiqətən çox ciddi proseslərin getdiyini və bundan ermənilərin təşvişə düşdüyünü təsdiqləyən məqamların olduğunu söylədi: “Xüsusilə də Azərbaycanla Rusiya arasında proses gedir, danışıqlar intensivləşir. Bu danışıqlar əvvəllər prezidentlərin bəlli ekspertlər qrupu səviyyəsində aparılırdısa, indi illeqal şəraitdən leqal şəraitə keçməyə başlayıb və proseslərdə ciddi səlahiyyətlərə malik məmurlar iştirak edir. Məsələn, Rusiyanın iqtisadiyyat naziri bir neçə gün öncə Azərbaycana gəldi və burda çox ciddi layihələr ətrafında müzakirələr aparıldı, Azərbaycanın Rusiya iqtisadiyyatına böyük məbləğdə sərmayə yatıracağı ilə bağlı razılaşmalar oldu. Rusiyalı nazir Bakıda bəyan etdi ki, Azərbaycan da AİB-ə daxil ola bilər. May ayında Azərbaycanın müdafiə naziri Rusiyaya səfər etdi. İyunun 4-də Azərbaycan parlamentinin spikeri Moskvada görüşlər keçirdi.

İyunun 28-də isə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana gələcəyi xəbəri yayılıb. Bütün baş verənlər çox ciddi prosesin getdiyinin göstəricisi sayıla bilər. Ermənistan mətbuatı və cəmiyyətində təlaş da bununla bağlıdır. Ermənilər müşahidə olunan prosesin, Rusiya-Azərbaycan yaxınlaşmasının onların zərərinə olduğunu düşünürlər. Şübhələniblər ki, bu yaxınlaşma sonda Vladimir Putinin Serj Sərkisyana Azərbaycanın rayonlarından geri çəkilməyin zəruriliyi əmrini verməsi ilə nəticələnə də bilər".

Ekspert hesab edir ki, Rusiyanın Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi, əsasən də Rusiyanın Azərbaycana silah, hərbi texnika satışını artırması ermənilərin əndişəsini daha da artırıb: “Həqiqətən də Rusiya KTMT üzvü olan ölkələrdən çox Azərbaycana silah satır. Azərbaycanın bu silahları alması tam qanunidir və heç kim buna görə ölkəmizi qınaya bilməz. Ermənilər ”Azərbaycan prezidenti Qarabağı Putindən pulla geri alacaq" deyə dünyaya hay-həşir salmaqda çox güman ki, məhz Azərbaycanın Rusiya ilə iqtisadi və hərbi sahədə ticarətinin genişlənməsinə eyham vururlar. Prosesin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın Azərbaycana satdığı silahlar hesabına Azərbaycan ordusunun sarsıdıcı gücə malik olması ermənilərdə birmənalı təsəvvür yaradır. Ermənilər əmindirlər ki, Azərbaycan-Rusiya əməkdaşlığının sıxlaşması rəsmi Bakı ilə Moskva arasında Qarabağ məsələsində də anlaşmalara gətirib çıxara bilər.

Elə vəziyyət yarana bilər ki, müharibə başlayar və bu dəfə Rusiya Ermənistanı Azərbaycanın qarşısında tək buraxar. Bu isə işğal olunmuş Azərbaycan ərazilərinin qısa zamanda ermənilərin əlindən çıxması deməkdir. Artıq Ermənistanda, Dağlıq Qarabağda ermənilər içərisində ciddi panika başlayıb. Panikanın başlamasına səbəb var. Ermənilər bilməli idilər ki, onların belə bir günü də gəlib yetişə bilər. İndi onlar bir balaca təhlükə hiss eləyir və dünyaya car çəkməyə başlayıblar ki, Azərbaycan hücuma keçməyə hazırlaşır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir. Beynəlxalq konvensiyalar və Azərbaycan Konstitusiyası buna imkan verir".

Q.Hüseynli onu da vurğuladı ki, gedən prosesdə Rusiya üzünü Azərbaycana tərəf çevirməyə başlayıb. Rusiyanın buna böyük ehtiyacı var. Qərbin sanksiyaları Rusiyanı təntidib. Belə durumda Azərbaycanla yaxınlıq Rusiya üçün çox vacibdir.
***
Bu arada hərbi mənbələrdən redaksiyamıza mövzuya birbaşa dəxli olan şok məlumat daxil olub. Məlumatda deyilir ki, bir neçə gündür Azərbaycanın işğal olunmuş ərazilərində cəbhə xətti boyunca ermənilər mina təmizləmə işlərinə başlayıblar. Neçə illərdir basdırılan minaları çıxarmaqdadırlar.

Bu məlumat reallığı əks etdirirsə, ermənilərin nədən cəbhə xətti boyu minaları çıxarmağa başladıqları maraq doğurur. Söhbət etdiyimiz təcrübəli ekspertlərdən birinin bununla bağlı maraqlı izahı var: “Ola bilsin Ermənistan rəhbərliyi Azərbaycanın hansısa rayonlarından geri çəkilmək məcburiyyətindədir və hətta bunun üçün Kremldən gizli mesaj da alıb. Serj Sərkisyan təbii ki, heç vaxt xalqın qarşısına çıxıb ”Rusiyanın göstərişi ilə filan rayonları Azərbaycana qaytarıram" deməyəcək. Kremlin göstərişini Sərkisyan başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər. Az itki üçün minalanmış ərazilər əvvəldən təmizlənir, Azərbaycan ordusu hücuma keçir müharibə başlayır və onsuz da güclü olan Azərbaycan ordusu konkret rayonları geri qaytarır. Ermənistan prezidenti isə xalqın qarşısına çıxaraq “1990-cı illərin əvvəlində biz qalib gəlmişdik, bu dəfə isə güclənmiş Azərbaycana qalib gələ bilmədik. Müharibədə qalib gəlmək kimi məğlub olmaq da var” tipli izahat verir. Bax, ssenarinin bu cür olması istisna deyil".

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyevin “Ermənistan ordusu geri çəkilmə prosesinə başlamalıdır” bəyanatı olub. Bu bəyanatın da təsadüfi olmadığını bildirməyə əsaslar var.

Deputat Fazil Mustafa isə bildirib ki, Qarabağ probleminin həlli üçün yalnız Rusiya ilə razılıq əldə etmək kifayət deyil: “Çünki ermənilərə yalnız Rusiya kömək eləmir. Ermənilərə yardımçı olan ölkələrin başında ABŞ dayanır. Buna görə də yalnız Rusiya ilə razılıq məsələnin həlli demək deyil. Buna nail olmaq üçün həm də Amerika ilə anlaşma əldə etmək zəruridir”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar