Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Düşmən cəbhədə vəziyyəti niyə gərginləşdirib? - Növbəti təxribat...

Tarix: 03-11-2017 14:40     Baxış: 4492 A- / A+
Düşmən cəbhədə vəziyyəti niyə gərginləşdirib?
Ötən gün düşmən dövlət sərhəddində təxribat törədib.

Noyabrın 2-si saat 12:30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub. Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.
Baş verən gərginliklə bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirir ki, cəbhədə vəziyyətin gərginləşməsi regionda yeni iqtisadi ittifaqın cücərtilərinin yaranmasına qarşıdır:

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi və regionda yeni iqtisadi ittifaqın başlanğıcının qoyulması, həmçinin hərbi-siyasi əlaqələrin gücləndiriməsi Ermənistanı narahat etməyə bilməz. Cəbhədə vəziyyətin gərginləşməsi bununla üst-üstə düşür. Yəni, hadisələrin bir-biri ilə bağlılığı var. Zaman-zaman Azərbaycanın müəyyən uğurları ilə bağlı Ermənistan rəhbərliyi təxribat hərəkətləri edib. Ermənistan bunu özünə qarşı blokada siyasəti hesab edir. Bu baxımdan, bütün məqsədlərdən istifadə edərək Azərbaycanda narahatlıq yaratmağa çalışırlar”.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar