Xəbər lenti 
					
 
		Cəbhədə fəallığımızı artırmalıyıq - Politoloq

"Sərkisyan Qarabağ danışıqlarının fəallaşmasında maraqlı deyil, mümkün güzəşt onun hakimiyyətinin süqutunu sürətləndirəcək".
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın yeni baş naziri Karen Karapetyan çıxışına münasibət bildirərkən qaynarinfo-ya açıqlamasında deyib.
Elxan şahinoğlu bildirib ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan parlamentdə ilk çıxışndaca deyib ki, ondan möcüzə gözləməsinlər: "Kasıb Ermənistanı varlı Sinqapura çevirmək mümkün deyil. “İqtisadi vəziyyət çox ağırdır, mənim bu problemlərin həlli üçün sehrli çubuğum yoxdur” deyən Karapetyan mövcud durumdan çıxış edir. Həqiqətən, Ermənistan “Qazprom” şirkəti (Karen Karapetyan bu şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb) deyil ki, milyardlarla dolar investisiya layihələri olsun".
Politoloqun fikrincə Karapetyanın acı etirafından iki nəticə çıxır:
Birinci nəticə odur ki; "vəziyyət bərbad olduğundan prezident Serj Sərkisyan 2017-ci ildə keçiriləcək parlament seçkisinə qədər kreslosunu qorumaq haqqında düşünəcək".
İkinci nəticə isə odur ki; "Sərkisyan Qarabağ danışıqlarının fəallaşmasında maraqlı deyil, mümkün güzəşt onun hakimiyyətinin süqutunu sürətləndirəcək".
Elxan Şahinoğlu qeyd edib ki, cəbhə bölgəsində fəallığımızı artırmaqla biz elə etməliyik ki, həm Ermənistanın iqtisadi və sosial problemləri artsın, həm də Sərkisyanın kreslosu laxlasın.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















